banner
banner

Sİyasət

“İstənilən hücuma cavab verəcəyik” - Pezeşkian

“İstənilən hücuma cavab verəcəyik” - Pezeşkian

İstənilən hücuma cavab verəcəyik”.

“cia.az” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistan Baş naziri Şahbaz Şəriflə telefon danışığı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi istənilən hücuma qarşılıq verməyə hazırdır.

İran Prezidenti vurğulayıb ki, ABŞ-nin keçmişdə beynəlxalq hüququ pozmasına baxmayaraq, Pakistanın atəşkəs təşəbbüsü Tehranın məsuliyyətli mövqeyini nümayiş etdirmək baxımından əhəmiyyətlidir:

“İran və ABŞ arasında əldə olunan atəşkəs razılaşmasına hər iki tərəf əməl etməlidir”.

O, Sirri adası və Lavan adası ərazilərinə edilən hücumların razılaşmanın pozulması olduğunu bildirib.

Pezeşkianın sözlərinə görə, Tehranın irəli sürdüyü 10 şərtdən biri də Livan ərazisində atəşkəsin təmin edilməsidir: “İran istənilən hücuma cavab verəcək”, – deyə o əlavə edib.

Şahbaz Şərif də İsrailin Livana hücumlarının dayandırılmasının razılaşmanın bir hissəsi olmalı olduğunu bildirib və Pakistanın regionda sabitlik və sülhün təmin edilməsi üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident yeni səfiri qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.

Prezident bu şəxsləri TƏLTİF ETDİ

Vətəndaşların mənzil təminatının yaxşılaşdırılması sahəsində xidmətlərinə görə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib.

İlham Əliyev bu sənədi təsdiqlədi

"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.

Prezident FƏRMAN imzaladı

Prezident İlham Əliyev “Yerin təki haqqında” qanunda dəyişiklik edilməsi barədə” 17 mart 2026-cı il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.