“Mən Ramiz Mehdiyevə villa bağışlamamışam” – Heydərov danışdı
“Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə də siz də ciddiyə almayın”.
Cia.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüz milyonlarlıa ölçülən sərvətləri haqqında məlumatlar yayılmaqdadır. Sezar pizza
Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN şefinin adı çəkilir.
Kəmaləddin Heydərov isə bu iddianı “bikar adamlar”ın yaydığını bildirib.
İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.
“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.
DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.cia.azxəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.
Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda keçirilən xına gecəsində iki ailə arasında baş verən mübahisə kütləvi davaya çevrilib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.