Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Cia.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib.
Qeyd edilib ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda, onun səlahiyyətləri müvəqqəti olaraq direktor müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu, müvəqqəti xarakter daşıyır.
Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbuletmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir.
Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində TƏBİB tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorlarının yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur.
Altsheymer xəstəliyinin müalicəsində inqilab kimi qiymətləndirilən yeni nəsil dərmanlar xəstələrin real vəziyyətində gözlənilən dəyişikliyi yaratmayıb. Tibb dünyasının ən nüfuzlu təşkilatlarından biri olan "Cochrane" tərəfindən aparılan genişmiqyaslı təhlillər bu preparatların klinik baxımdan əhəmiyyətli fayda vermədiyini üzə çıxarıb.
Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əsasən, 2026-cı ilin 19–25 aprel tarixlərində respublikanın şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.
Prezident İlham Əliyev icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı mühüm Fərman imzalayıb. Sənədə əsasən, əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı sistem yenidən qurulur və bu sahədə bir sıra səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) verilir.
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. Ötən il azçəkili doğulan 1445 yenidoğulmuş küvəzdə xüsusi tibbi nəzarət altında saxlanılmış, tənəffüs çatışmazlığı diaqnozu qoyulan 2538 yenidoğulmuş isə oksigenlə, ventilator dəstəyi və digər təcili reanimasiya üsulları ilə müalicə almışdır. Yenidoğulmuşlara ümumilikdə 109 mindən çox tibbi xidmət göstərilmişdir.