İran Birləşmiş Ərəb Əmirliklərinə hava zərbələrini davam etdirir.
Cia.az xəbər verir ki, məlumatı BƏƏ Müdafiə Nazirliyi X hesabında yayıb. Bildirilir ki, “raket və pilotsuz təyyarələrə qarşı davam edən əməliyyatlar" səbəbindən ölkənin müxtəlif yerlərində hava hücumundan müdafiə sistemləri işləyir və hədəflərin ələ keçirilməsi davam etdirilir: "İctimaiyyətdən sakit qalmaları və müvafiq orqanlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etmələri xahiş olunur".
ABŞ Konqresində çıxış edən Böyük Britaniya kralı III Çarlz diqqətçəkən mesajlar verib. Musavat.com xəbər verir ki, CNN-də jurnalist Stiven Robinson tərəfindən dərc olunan analitik yazıda kral III Çarlzın ABŞ Konqresindəki çıxışının gizli məna qatları təhlil olunub. Məqalədə vurğulanır ki, kral III Çarlz ənənəvi olaraq ehtiyatlı ifadə tərzinə sadiq qalsa da, bu dəfə çıxışı gözləniləndən daha açıq və mesaj yüklü olub.
Qazaxıstanda yaşayış icazəsi üçün müraciət edərkən dəyərli mütəxəssislərdən, istedadlardan və investorlardan qazax dilində bilik imtahanı vermək tələb olunmur.
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını İrandan təcili şəkildə çıxmağa çağırıb. Musavat.com xəbər verir ki, rəsmi açıqlamada ABŞ vətəndaşlarına yerli medianı izləmək, uçuşlarla bağlı məlumatları kommersiya daşıyıcılarından dəqiqləşdirmək tövsiyə olunur.