Gürcüstanda şok çalxalanma: Saakaşvili satqınları ifşa etdi
Saakaşvili gürcü müxalifətini hədəf aldı: Bəziləri yalnız formal mübarizə aparır Gürcüstan siyasətində qarşıdurma davam edir.
Cia.az xəbər verir ki, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili müxalifətin bir hissəsini sərt tənqid edib.
O, Facebook hesabında yazıb ki, son günlər ona qarşı yönələn hücumlar təsadüfi deyil: “Müxalifətin bir hissəsinin İvanişviliyə qarşı yalnız formal mübarizə aparması və əsasən mənə hücum etməsi yeni deyil”.
Saakaşvilinin sözlərinə görə, cəmiyyətdə ona və təmsil etdiyi siyasi xəttə dəstək artır: “Söhbət yalnız mənim dəstəklənməyimdən getmir, güclü, azad və ədalətli Gürcüstan uğrunda qətiyyətli mübarizənin dəstəklənməsindən gedir”.
O iddia edib ki, Gürcüstan cəmiyyəti artıq hakimiyyətin və Rusiyanın təsiri altında olan təbliğat stereotiplərindən uzaqlaşır və ölkə yenidən güclənərək beynəlxalq arenaya qayıda bilər. Saakaşvili həmçinin Abxaziyanın paytaxtı Suxumi-nin “azad ediləcəyini” də vurğulayıb.
Keçmiş prezident bildirib ki, müxalifətə birlik və aktiv mübarizə çağırışı etsə də, əvəzində onu “təkhakimiyyətə can atmaqda” ittiham edirlər: “Mən dedim ki, birləşin, hücuma keçin. Amma bunun əvəzinə mənə qarşı ittihamlar səsləndirildi”.
Saakaşvili sonda əlavə edib ki, onu hədəf alan qüvvələrin siyasi gələcəyi yoxdur.
ABŞ Konqresində çıxış edən Böyük Britaniya kralı III Çarlz diqqətçəkən mesajlar verib. Musavat.com xəbər verir ki, CNN-də jurnalist Stiven Robinson tərəfindən dərc olunan analitik yazıda kral III Çarlzın ABŞ Konqresindəki çıxışının gizli məna qatları təhlil olunub. Məqalədə vurğulanır ki, kral III Çarlz ənənəvi olaraq ehtiyatlı ifadə tərzinə sadiq qalsa da, bu dəfə çıxışı gözləniləndən daha açıq və mesaj yüklü olub.
Qazaxıstanda yaşayış icazəsi üçün müraciət edərkən dəyərli mütəxəssislərdən, istedadlardan və investorlardan qazax dilində bilik imtahanı vermək tələb olunmur.
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını İrandan təcili şəkildə çıxmağa çağırıb. Musavat.com xəbər verir ki, rəsmi açıqlamada ABŞ vətəndaşlarına yerli medianı izləmək, uçuşlarla bağlı məlumatları kommersiya daşıyıcılarından dəqiqləşdirmək tövsiyə olunur.
Dünən Türkiyənin Kahramanmaraş şəhərinin Onikişubat rayonundakı "Ayser Çalık" orta məktəbində 8 şagird və 1 müəllimi qətlə yetirən 17 şagirdi isə yaralayan İsa Aras Mersinli ilə bağlı qan donduran bir təfərrüat üzə çıxıb.