Daşkənd aeroportunda qızların Dubaya göndərilməsinin qarşısı alınıb
Özbəkistanın paytaxtı Daşkənddə daha bir insan alveri cəhdinin qarşısı alınıb.
Cia.az Podrobno.uz saytına istinadla xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları Bostanlıq rayonundan olan və həmvətənlərini cinsi istismar üçün BƏƏ-yə göndərmək üçün kanal quran 24 yaşlı qadını saxlayıblar.
Şübhəli şəxs Daşkənd beynəlxalq hava limanında saxlanılıb. Həmin vaxt o, qurbanlarından birini Dubaya uçan təyyarəyə qaçaqmalçılıq yolu ilə aparmağa cəhd edib.
İstintaq müəyyən edib ki, gənc qadın aldatma yolu ilə dörd qızı işə cəlb edib. Qızların hər birinə xaricdə yüksək maaşlı iş vəd edilib, lakin əslində onları cinsi köləlik gözləyirdi.
Vasitəçi qadın saxlanılıb. İstintaq aparılır. Qanun bu cür cinayətlərə görə 5 ildən 10 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.
Bildirilir ki, bu, ilk belə hal deyil. Daha əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Daşkənd aerportunda Namanqan sakini olan gənc qızı Ankaraya fahişəlik etməyə göndərmək üçün dilə tutan cəhd edən iki qadını saxlamışdılar.
Onu da qeyd edək ki, əslində məlum motivlərlə BƏƏ və Türkiyəyə göndərilən qızlar orada nə işlə malik olacaqlarını öncədən bilirlər və onları heç kim aldatmır (istisna hallar ola bilər), ancaq məsuliyyətdən yaxa qurtarmaq üçün aldadıldıqları barədə ifadə verirlər.
Əvvəllər ölkəmizdən də bu cür yollayışlar çox olurdu. Ancaq son illər görülən effektiv tədbirlər nəticəsində bu cür cəlbetmələr ya səngiyib, ya da tam məxfi səciyyə alıb.
Qazaxıstanda yaşayış icazəsi üçün müraciət edərkən dəyərli mütəxəssislərdən, istedadlardan və investorlardan qazax dilində bilik imtahanı vermək tələb olunmur.
ABŞ Dövlət Departamenti Amerika vətəndaşlarını İrandan təcili şəkildə çıxmağa çağırıb. Musavat.com xəbər verir ki, rəsmi açıqlamada ABŞ vətəndaşlarına yerli medianı izləmək, uçuşlarla bağlı məlumatları kommersiya daşıyıcılarından dəqiqləşdirmək tövsiyə olunur.
Dünən Türkiyənin Kahramanmaraş şəhərinin Onikişubat rayonundakı "Ayser Çalık" orta məktəbində 8 şagird və 1 müəllimi qətlə yetirən 17 şagirdi isə yaralayan İsa Aras Mersinli ilə bağlı qan donduran bir təfərrüat üzə çıxıb.
Gürcüstanda "Gürcü arzusu" partiyasının əleyhdarları inanırlar ki, bu partiya tezliklə parlament seçkilərində məğlub olan Macarıstanın "Fides" partiyasının ardınca gedəcək.