banner
banner

Dünya

TƏCİLİ: İranda DƏHŞƏT YAŞANDI - Ölən və yaralanan var

TƏCİLİ: İranda DƏHŞƏT YAŞANDI -

İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhərində kömür mədənlərindən birində çökmə hadisəsi baş verib.

Cia.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində bir işçi həyatını itirib, daha bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Təbəs Kömür Şirkətinin mətbuat xidmətinin yaydığı məlumata görə, insident səhər saat 07:00 radələrində, iş növbəsi zamanı podratçı şirkətə aid mədən sahəsində qeydə alınıb. Dağıntılar altında qalan işçilərdən birinin aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişdiyi bildirilir. Digər yaralı isə dərhal xəstəxanaya təxliyə edilib.

Axtarış-xilasetmə əməliyyatları nəticəsində itkin düşdüyü hesab edilən işçinin cəsədi tapılaraq çıxarılıb və bununla da əməliyyat yekunlaşıb. Hazırda mütəxəssislər tərəfindən mədəndəki çökmənin dəqiq səbəbləri araşdırılır.

Musavat.com.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyədə həyat İFLİC OLDU

İstanbulda müşahidə olunan güclü fırtına şəhərin bir çox rayonunda gündəlik həyata ciddi təsir göstərib. Güclü külək nəticəsində bəzi binaların dam örtükləri qoparaq ətrafa səpələnib, ağaclar aşıb, nəqliyyatın hərəkətində çətinliklər yaranıb.