banner
banner

Gündəm

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd edilir.

Cia.az xəbər verir ki, sosial dövlət olan Azərbaycan uşaqların müdafiəsi, onların diqqət və qayğı ilə əhatə olunması istiqamətində də fəal dövlət siyasətinə malikdir.

Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı uşaqların sosial müdafiəsinə, sağlam və firavan böyüməsinə, inkişafına yönələn tədbirlərin də ildən-ilə güclənməsinə imkan verib.

Ölkəmizdə bir çox kateqoriyalardan olan uşaqlarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial təminat növləri üzrə sosial ödənişlər həyata keçirilir. Onların sırasına əlilliyi olan uşaqlar, ailə başçısını itirən və aztəminatlı (ünvanlı sosial yardım alan) ailələrdəki uşaqlar, şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olanların, beşdən çox uşağı olan qadınların, müddətli hərbi xidmət qulluqçularının uşaqları daxildir. Habelə əlilliyi olan uşaqlara və işləyən valideynlərdən üç yaşadək uşaqlara qulluq edənlərə, valideyn himayəsindən məhrum uşaqların qəyyumlarına, övladlığa və himayəyə uşaq götürənlərə aylıq sosial ödənişlər edilir. Yeni doğulan uşaqlara görə ailələrə, habelə himayəyə götürdükləri uşaqlara mövsümi geyim alınması üçün himayədar ailələrə birdəfəlik müavinət verilir. Son 7 ildə ölkədə icra olunan 5 sosial islahat paketi çərçivəsində bu sosial ödənişlərdə də dəfələrlə artım baş verib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan, 2021-ci il oktyabrın 22-də açılışı olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan və digər həssas qruplara aid uşaqların da reabilitasiyası, istedad və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün mühüm işlər aparılır. Mərkəzdə və onun İsmayıllı, Bərdə rayonlarındakı filiallarında ötən dövrdə 1000 nəfərdən çox benefisiar təlimlərə və sosial-psixoloji dəstək tədbirlərinə cəlb edilib ki, onlardan 443 nəfərini uşaqlar təşkil edib.

Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində müasir tələblərə uyğun qurulan sosial xidmət müəssisələrində həssas qruplar aid uşaqlar reabilitasiya yönümlü sosial xidmətlərlə təmin edilirlər. Bu kateqoriyadan olan uşaqlar,  habelə onların valideynləri günərzi qayğı mərkəzləri və sosial xidmət mərkəzlərinin xidmətlərindən də yararlanırlar. Nazirliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində isə əlilliyi olan uşaqlar stasionar, ambulator, icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunur. Həmin mərkəzlərdə bu ilin ötən dövründə 14400 uşağa reabilitasiya xidmətləri göstərilib.

Övladlığagötürmə, himayədar ailə və uşaqların ailələrə reinteqrasiyası sahəsində də mühüm işlər görülür. Övladlığagötürmə sahəsində dövlət siyasətinin icrası və tənzimlənməsinin Nazirliyə həvalə olunduğu 2019-cu ildən ötən dövrdə 884 uşaq övladlığa verilib. Son illər ölkəmizdə “Himayədar ailə” modeli də tətbiq edilir və ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Xamenei 2 min məhbusu əfv etdi

İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.

Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA

“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.

DÇ-2026-nın ilk oyunu təxirə salına bilər

DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.

Eldar Rəsulova vəzifə verildi

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.cia.azxəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.

Xına mərasimində DƏHŞƏT - Yaralılar var

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda keçirilən xına gecəsində iki ailə arasında baş verən mübahisə kütləvi davaya çevrilib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.