banner
banner

Gündəm

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Prezident Administrasiyasında qəbul edilib

Bu gün Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul edilib.

Cia.az  partiyanın mətbuat xidmətinə istinadən bildirir ki, görüş zamanı partiyanın cari fəaliyyəti və perspektiv planları ilə yanaşı bir sıra digər məsələlər də müzakirə olunub.

Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının mühüm nəticələri, “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində görülən işlər, habelə dövlət başçısının işğaldan azad olunmuş ərazilərə davamlı səfərlərinin əhəmiyyəti ətrafında söhbət aparılıb.

Xüsusi olaraq vurğulanıb ki, siyasi partiyaların geniş şəkildə Milli Məclisdə təmsil olunması ölkənin demokratik ənənələrinin inkişafına, həmçinin siyasi partiyaların ictimai nüfuzunun artmasına da müsbət təsir edir. Bildirilib ki, 11 siyasi partiyanın Milli Məclisdə təmsil olunması faktı bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü ilə aparılan iqtidar-müxalifət siyasi dialoqunun təzahürüdür.

Partiya sədri bildirib ki, ölkədə milli həmrəylik mühitinin qorunması prosesində partiyalara xüsusi rol ayrılır. Bunun nəticəsidir ki, partiyalar fəal siyasi instituta çevrilib, onların ictimai imici əsaslı şəkildə yaxşılaşıb, həmçinin partiyaların nümayəndələri siyasi diskussiyalarda fəal iştirak edir.

Elşad Musayev rəhbərlik etdiyi Böyük Azərbaycan Partiyası tərəfindən həyata keçirilən cari layihələr, habelə özünün parlamentdəki fəaliyyəti, o cümlədən qanunvericilik işində iştirakı haqqında geniş məlumat verib.

Bu cür görüşlərin mütəmadi şəkildə təşkil olunmasının və əlaqələndirmənin aparılmasının partiyaların gələcək fəaliyyəti üçün olduqca səmərəli təcrübə olduğunu qeyd edən E.Musayev dövlət və dövlətçilik naminə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduğunu qeyd edib.

Prezident Administrasiyasının rəsmisi Böyük Azərbaycan Partiyasının dövlətçilik mövqeyinin qorunmasında və siyasi dialoq prosesində fəal iştirakını yüksək qiymətləndirərək Partiyanın işinə uğurlar arzulayıb.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Xamenei 2 min məhbusu əfv etdi

İranın Ali rəhbəri Müctəba Xamenei müxtəlif cinayətlər törətməkdə təqsirli bilinərək məhkum edilmiş 2 min vətəndaşın əfv olunması barədə fərman imzalayıb.

Həcc missiyası yekunlaşır: QMİ-dən son vəziyyətlə bağlı AÇIQLAMA

“Hazırda zəvvarların bir hissəsi artıq Mədinəyə gəlib. Zəvvarlar Mədinədə üç gün qalmalıdırlar. Bu müddətdə onlar Peyğəmbərin (s.ə.s.) məscidini və müqəddəs məkanları ziyarət edəcək, həmçinin şəhər üzrə ekskursiyada iştirak edəcəklər. Sonrakı gün zəvvarlar üçün sərbəst vaxt nəzərdə tutulub”.

DÇ-2026-nın ilk oyunu təxirə salına bilər

DÇ-2026-da Meksika və Cənubi Afrika Respublikası (CAR) yığmaları arasında keçiriləcək açılış oyunu fəlakətli təbiət hadisəsi səbəbindən təxirə düşmək təhlükəsi ilə üz-üzə qalıb.

Eldar Rəsulova vəzifə verildi

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə Meneceri Eldar Rəsulov yeni vəzifəyə təyin olunub.cia.azxəbər verir ki, Eldar Rəsulov ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən “AzerGold” QSC-də İctimaiyyətlə Əlaqələr, Marketinq və Korporativ Sosial Məsuliyyət şöbəsinin şöbə müdirinin müavini vəzifəsinə yeni təyinat alıb.

Xına mərasimində DƏHŞƏT - Yaralılar var

Türkiyənin Hakkari vilayətinin Çukurca rayonunda keçirilən xına gecəsində iki ailə arasında baş verən mübahisə kütləvi davaya çevrilib. Hadisə nəticəsində 8 nəfər xəsarət alıb.