banner
banner

Gündəm

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır

Nikah müqaviləsi son illərdə evlənməyə hazırlaşan cütlüklər arasında daha çox maraq doğuran hüquqi sənədlərdən birinə çevrilib. Bu müqavilə boşanma və ya əmlak bölgüsü zamanı tərəflərin hüquqlarını əvvəlcədən müəyyən etməyə imkan verir. Bəs nikah müqaviləsi hansı hüquqi təminatları yaradır və hansı məsələləri bu sənədlə tənzimləmək mümkün deyil?

Mövzu ilə bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, nikah müqaviləsi nikah bağlanmazdan əvvəl və ya nikah dövründə ər-arvad arasında bağlanan, onların nikah müddətində və ya nikah pozulduğu halda əmlak hüquq və vəzifələrini müəyyən edən sazişdir.

"Nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətə dair qanunla müəyyən edilmiş rejimi dəyişdirərək bütün əmlaka, onun ayrı-ayrı növlərinə və ya hər birinin şəxsi əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Müqavilə həm mövcud, həm də gələcəkdə əldə olunacaq əmlaka münasibətdə bağlana bilər. Tərəflər bir-birinin gəlirlərindən istifadə qaydasını, ailə xərclərinin hansı qaydada bölüşdürüləcəyini də müəyyən edə bilərlər. Bundan başqa, nikah pozulduğu halda tərəflərin hər birinə veriləcək əmlak əvvəlcədən razılaşdırıla bilər ki, bu da gələcəkdə yarana biləcək məhkəmə mübahisələrinin qarşısını almağa kömək edir.

Nikah müqaviləsində, həmçinin ehtiyacı olan tərəfin saxlanılması ilə bağlı ödəniş qaydaları da müəyyən edilə bilər. Müqavilə yazılı formada bağlanmalı və mütləq notariat qaydasında təsdiqlənməlidir. Nikahın dövlət qeydiyyatına qədər bağlanmış müqavilə nikah qeydə alındığı gündən qüvvəyə minir.

Lakin elə məsələlər var ki, onlar nikah müqaviləsi ilə tənzimlənə bilməz. Bunlara tərəflərin hüquq və fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması, uşaqlarla bağlı valideyn hüquq və vəzifələrinin müəyyən edilməsi, ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətləri, həmçinin tərəflərdən birini açıq şəkildə əlverişsiz vəziyyətə salan şərtlər daxildir", – deyə hüquqşünas qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu sürücülər kəmər taxmaya bilər

Son dövrlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydaların tətbiqi və nəzarətin gücləndirilməsi fonunda təhlükəsizlik kəmərindən istifadə məsələsi yenidən gündəmə gətirilib. Ümumilikdə avtomobil idarə edərkən və ya sərnişin qismində hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması məcburi hesab olunur və bu qayda yol-nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısının alınmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, qanunvericilikdə bəzi hallarda təhlükəsizlik kəmərinin taxılmamasına dair istisnalar da nəzərdə tutulub. Bu istisnaların hansı kateqoriyalara aid olduğu və hansı şərtlər daxilində tətbiq edildiyi isə sürücülər və sərnişinlər arasında tez-tez maraq doğuran məsələlərdəndir.

Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR

Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı"nı təsdiq edib.

Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ

Nazirlər Kabineti bir sıra kənd təsərrüfatı məhsul və avadanlıqlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını nəzərdə tutan yeni qərarlar təsdiqləyib.

Əli Əsədov yeni qərar İMZALADI

Nazirlər Kabineti Dövlət Neft Şirkəti və "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti arasında Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi"nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib.

Qanunsuz silah saxlayanlara xəbərdarlıq edildi

İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.