Nazirlər Kabineti kənd təsərrüfatı sektoruna xidmət edən yeni güzəşt siyahılarını təsdiqləyib. Cia.az xəbər verir ki, qərara əsasən, toxumçuluq, quşçuluq və arıçılıq sahələri üçün nəzərdə tutulan bəzi avadanlıqlar əlavə dəyər vergisindən azad edilib. Bu güzəşt laboratoriya avadanlıqlarına, həmçinin toxum, taxıl və paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi üçün qurğulara da şamil olunur.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Hökumət başçısının digər qərarı ilə baytarlıq preparatlarının idxalı da ƏDV-dən azad edilib.
Buraya kənd təsərrüfatı heyvanlarının və quşların müalicəsi, profilaktikası və diaqnostikası üçün istifadə edilən dərmanlar daxildir.
Nikah müqaviləsi son illərdə evlənməyə hazırlaşan cütlüklər arasında daha çox maraq doğuran hüquqi sənədlərdən birinə çevrilib. Bu müqavilə boşanma və ya əmlak bölgüsü zamanı tərəflərin hüquqlarını əvvəlcədən müəyyən etməyə imkan verir. Bəs nikah müqaviləsi hansı hüquqi təminatları yaradır və hansı məsələləri bu sənədlə tənzimləmək mümkün deyil?
Son dövrlərdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı qaydaların tətbiqi və nəzarətin gücləndirilməsi fonunda təhlükəsizlik kəmərindən istifadə məsələsi yenidən gündəmə gətirilib. Ümumilikdə avtomobil idarə edərkən və ya sərnişin qismində hərəkət zamanı təhlükəsizlik kəmərinin taxılması məcburi hesab olunur və bu qayda yol-nəqliyyat hadisələrinin ağır nəticələrinin qarşısının alınmasında əsas amillərdən biri kimi qiymətləndirilir. Bununla yanaşı, qanunvericilikdə bəzi hallarda təhlükəsizlik kəmərinin taxılmamasına dair istisnalar da nəzərdə tutulub. Bu istisnaların hansı kateqoriyalara aid olduğu və hansı şərtlər daxilində tətbiq edildiyi isə sürücülər və sərnişinlər arasında tez-tez maraq doğuran məsələlərdəndir.
Nazirlər Kabineti "İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən bu sahələrdə istifadəsi nəzərdə tutulmuş laboratoriya avadanlıqlarının, toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və ya kalibrlənməsi üçün maşınların siyahısı"nı təsdiq edib.
Nazirlər Kabineti bir sıra kənd təsərrüfatı məhsul və avadanlıqlarının əlavə dəyər vergisindən (ƏDV) azad olunmasını nəzərdə tutan yeni qərarlar təsdiqləyib.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev cari ilin 16 iyun tarixində Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə görüşüb.
Nazirlər Kabineti Dövlət Neft Şirkəti və "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti arasında Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi"nə Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib.
Hazırda vətəndaşların problemlərindən biri də qeydiyyatdır. Təsəvvür edin ki, vətəndaş öz evini satır. Evi alan şəxs onu qeydiyyatdan çıxarır. Və bu zaman vətəndaşın qeydiyyata düşməyə evi yoxdursa, o havada qalır”.
İyunun 8-də polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 1 qumbara, 6 tüfəng, 2 patron darağı və 100 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək götürülüb.