Gündəm
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi üzrə təqsirləndirilən nazirliyin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov həbs edilib.
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.
FHN-in idarə rəisi işçilərin məzuniyyət hüququnu pozub? - FOTO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovla Dövlət Əmək Müfəttişliyi Xidməti arasında qalmaqal yaranıb.
İcra hakimiyyətləri bu tarixdə ləğv ediləcək
Azərbaycanda icra hakimiyyətləri parlament seçkilərindən dərhal sonra arxivə göndəriləcək.
Daha iki rəis müavini təqaüdə göndərildi - ƏMR
Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilib.
Bu gün Əfv Məsələləri Komissiyasının iclası baş tutacaq
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası olacaq.
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Polis kapitanı Natiq Həsənov İsmayıllı Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Gürcüstan parlamentində deputatlar arasında dava düşüb
Cia.az xəbər verir ki, Gürcüstanı çalxalayan, ölkədə günlərlə etiraz və dəstək nümayişlərinin keçirilməsi ilə gündəmdə qalan "Xarici təsirin şəffaflığı" adlı qanun layihəsinin növbəti oxunuşundan əvvəl parlamentdə hakim partiya ilə müxalifəti təmsil edən deputatlar arasında əlbəyaxa dava baş verib.
NAZİR ÖLKƏYƏ YENİ BAŞ NOTARİUS TƏYİN ETDİ - Abbasov vəzifəsindən azad olunub
Ədliyyə Nazirliyinin Notariat İdarəsinə yeni rəis təyin edilib. Bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Balıqların kürütökmə dövrü ilə əlaqədar mayın 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.
Sürücülük vəsiqəsinin alınması ilə bağlı YENİLİK: Bu gündən başlayır
Bu gündən işə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektron formada veriləcək.
Mayın 1-dən katalizatorsuz avtomobillər cərimə olunacaq? - RƏSMİ AÇIQLAMA
Mayın 1-dən etibarən bütün avtomobillərdə katalizatorların yoxlanacağı, katalizatoru yerində olmayan avtomobillərin cərimə ediləcəyi ilə bağlı məlumat yayılıb.
"Ölkəni AKADEMİK RÜŞVƏTDƏN xilas etmək lazımdır" - ÇAĞIRIŞ
"Bir akademik titullu şəxs rüşvət və ya dövlət büdcəsini mənimsəmə yolu ilə varlanıbsa, bilin ki, o, qatil, alçaq, vicdansız, antimilli, satqın və xain olmaqla yanaşı dövlət və millət üçün xarici düşməndən 3 dəfə çox təhlükəlidir. Ölkədə nə qədər uşaq qidasızlıqdan həlak olur, insanlar gənc ikən xəstələnib ehtiyac üzündən dünyasını dəyişirlər". Dia-az.info bildirir verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov son olaraq AMEA-da yaşanan eybəcərliklərə etiraz olaraq qeyd edib İdris Abbasov
Laçına və Zabux kəndinə növbəti köç karvanı yola düşdü
Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.
İşdən çıxarılan icra başçısının müavini məhkəməyə üz tutdu
Naxçıvan Muxtar Respublikası (MR) Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının keçmiş müavini Səfər Əhmədov işdən çıxaırlması ilə bağlı məhkəməyə müraciət edib.
Nazirlik Mehmet Sürkitin şirkətindən benzin alır – Əvvəllər Talıbovlara məxsus olub
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “NP Petrol” MMC (VÖEN - 0200341361) ilə satınalma müqaviləsi imzalayıb.


