Gündəm
İlham Əliyev nazirə iki yeni müavin təyin etdi
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Elmin Məmmədov və Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri təyin olunublar.
Tbilisidə “xarici agentlər” qanununa qarşı növbəti etiraz aksiyası başlayıb
Gürcüstanın bir neçə müxalifət partiyası və 100-dən çox qeyri-hökumət təşkilatının (QHT) nümayəndələri Tbilisidə “xarici agentlər” haqqında qanunun qəbuluna qarşı etiraz aksiyası keçirirlər. Hurriyyet.az xəbər verir ki, Tbilisinin mərkəzindəki Birinci Respublika Meydanına bir neçə min vətəndaş, eləcə də müxalifət liderləri və QHT-lər toplaşıb. Onlar Rustaveli prospekti ilə parlament binasına qədər yürüş etməyi planlaşdırırlar. Meydanda mitinq təşkilatçılarının toplaşanlara müraciət edəcəyi səhnə quraşdırılıb. yeniavaz.com
Konsulun vəzifələri artırıldı - FƏRMAN
Karantin qoyulan xəstəliklər əvvəllər bu xəstəliklərin olmadığı ərazilərdə meydana çıxdıqda konsul xəstəliyin yayıldığı rayonun adını, xəstəliyə tutulmuşların sayını və yerli hakimiyyət orqanları tərəfindən epidemiyaya qarşı görülən tədbirləri göstərməklə, bu barədə dərhal Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir.
Prezident icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
Prezident İlham Əliyev Rasim Vaqif oğlu Hüseynovun Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
"Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək”
“Qarabağdakı rusiyalı sülhməramlı kontingentinin demək olar ki, hamısı regionu tərk edib”.
SON DƏQİQƏ! Ordumuzun bölmələri ehtiyat və təyinat rayonlarına çıxarıldı
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb. Müdafiə Nazirliyindən Musavat.com-a bildirilib ki, ssenariyə uyğun olaraq, müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilən təlimlərə cəlb olunan bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıb, idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin olunub. Təlimlərdə müxtəlif tapşırıqların icrası üzrə fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə əsasən, qəbul edilmiş qərarlara dair komandirlərin məruzələri dinlənilib. "Komanda-qərargah təlimləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra olunub. Komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının, qərargahların qarşılıqlı fəaliyyətinin, eləcə də onların mürəkkəb şəraitlərdə döyüş tapşırıqlarını idarəetmə qabiliyyətlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən təlimlərdə hərbi qulluqçular yüksək peşəkarlıq və əzm nümayiş etdiriblər", - məlumatda vurğulanıb. Musavat.com
Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi general-mayor Tofiq Həsənov Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 10 il azadlıqdan məhrum edilib.
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
Sahir Kamil oğlu Rüstəmov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparatnın rəhbəri vəzifəsinə təyin edilib.
General olduğum üçün məni qurban seçdilər - ZAKİR HƏSƏNOV AİLƏ ÜZVLƏRİMƏ DEYİB Kİ, ONUN GÜNAHI YOXDUR
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucovun Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayətinə baxılıb.
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın Daxili Mühafizəsinin rəisi korrupsiyada ittiham olunur.
SON DƏQİQƏ! Sahir Rüstəmov vəzifəsindən AZAD EDİLDİ
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri vəzifəsindən azad olunub.
İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTOLAR
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar.
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər.
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.


