banner
banner

Gündəm

Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur – Vergi Xidməti bu müəmmanı açacaqmı?

Ötən il Bakıda tanışlarının adına müxtəlif ünvanlarda Məhdud Məsuliyyətli Cəmiyyətlər yaradan şəxs həbs edilməsi barədə məlumat yayılmışdı. Məlumatda qeyd edilirdi ki,sahibkar müxtəlif tanışlarının adına MMC-lər açmaqla pul qazansa da, vergi borcunu ödəməkdən boyun qaçırıb. Bir neçə gün əvvəl isə dövlət büdcəsinə 5 milyon manata yaxın vergi borcunu ödəməkdan yayınan şəxsə hökm oxunduğu barədə xəbərlər yayılıb.

Azərbaycana gələn turistlərin sayı artıb - Hansı ölkələrdən gəliblər? + SİYAHI

2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə, 46.7 faiz artaraq, 341 min nəfər olub. Bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar.

Nazirlik erməni teleqram kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı

"Erməni teleqram kanallarında guya "Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur. Bununla bağlı kütləvi informasiya vasitələrinin sorğusuna cavab olaraq bildirik ki, bu kimi məlumatlar təmamilə fake və dezinformasiya xarakteri daşıyır”. Hurriyyet.az xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Bildirilib ki, erməni teleqram kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. "Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir. Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, - deyə məlumatda qeyd olunub. (qaynarinfo)

AZAL Moskvadan yola düşənlərə MÜRACİƏT ETDİ

Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saat qalmış hava limanına gəlmələrini xahiş edir.

DYP onlara MÜRACİƏT ETDİ

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) uzaq məsafələrə yük və sərnişin daşıyan sürücülərə müraciət edib.