banner
banner

Gündəm

MN-də mənimsəmə: Rəis dedi ki, yarısını versin...

Müdafiə Nazirliyinin (MN) Hərbi Polis idarəsinin, həmçinin bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş və 1 milyon 900 min manat mənimsəmədə təqsirləndirilən Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qərbi Azərbaycan İcması TƏCİLİ BƏYANAT yaydı

Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ-nin Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen 5 aprel 2024-cü il tarixində Brüsseldə görüş keçirib. Azərbaycan hökuməti və ictimaiyyətinin, eləcə də beynəlxalq aləmin sağlam düşüncəli dairələrinin ciddi etirazlarına baxmayaraq, atılmış bu ziddiyyətli addım regionda sülh və sabitliyə mənfi təsir göstərir.

Ağdamda partlayış: Yaralanan var

Ağdam rayonunun Sarıcalı kəndi ərazisində detonator partlayıb, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb.

Mövqelərimiz 30 dəfə atəşə tutuldu

Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

MM bələdiyyələrlə bağlı bu layihəni qəbul etdi

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlara dəyişiklik layihələri üçüncü oxunuşda təsdiqlənib.