banner
banner

Gündəm

Bakıda bu yolda hərəkət qismən məhdudlaşdırılır

Bakının Nəsimi rayonunun Rəşid Behbudov küçəsinin 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə qədər olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, sabah 06:00-dan 23:00-a qədər həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Ədliyyə Nazirliyinin Çağrı Mərkəzi yenilənib - Fotolar

Müraciətlərə operativ baxılması, vətəndaş məmnunluğunun artırılması, Nazirliyin fəaliyyət istiqamətləri üzrə vətəndaşları maraqlandıran məlumatların daha əlçatan olması məqsədilə Ədliyyə Nazirliyinin 881 Çağrı Mərkəzi müasir tələblərə cavab verən yenilənmiş formatda vətəndaşların istifadəsinə verilib.