Gündəm
Gecə ilə səkini tutub, ağacların dibini asfaltlayaraq parkinq etdilər - Cəzalandırılanlar var
Bakıda piyada səkisini qanunsuz parkinqə çevirən MMC direktoru cəzalandırılıb.
Prezident təsdiqlədi, gömrükdə qaydalar dəyişdi - Kimlərə şamil olunacaq?
Prezident İlham Əliyev Gömrük Məcəlləsində dəyişiklikləri təsdiq edib. Dəyişikliklər borcunun ödənilməsi sahəsində məsul subyektlərin dəqiq müəyyənləşdirilməsi məqsədi daşıyır. Məcəlləyə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Bununla belə, məcəlləyə görə gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilərdi. Bu isə dəqiqləşdirmənin aparılmasını zəruri etmişdi.
Daxili işlər nazirinin adından saxta açıqlama yayılıb
Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın daxili işlər naziri adından Azərbaycan Prezidentinin açıqlamalarına dair həqiqətə uyğun olmayan saxta şərh yayılıb.
Sənədsiz evlərə çıxarışların verilməsində yenilik
Azərbaycan Prezidenti “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında saxlanılan məlumatlar uyğun gəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılacaq.
Ağdam və Ağdərədə yanğın: iki helikopter cəlb olundu
Ağdam və Ağdərədə davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb edilib.
Prezident media nümayəndələrinə müraciət ünvanlayıb
Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.
“Azəriqaz” əvvəl mexaniki, indi də ağıllı sayğac quraşdırmaq qərarına gəlib – 2 ildə nə dəyişdi?
Ötən həftə Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və BƏƏ-nin “Esyasoft Holding LTD” şirkəti arasında ağıllı qaz şəbəkəsinin layihələndirilməsi, qurulması və istifadəyə verilməsi haqqında müqavilə imzalanıb.
Daha bir rayonda ehsan ləğv edildi
Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb.
Generalların saxlanıldığı həbsxanaya yeni rəis təyin edildi
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsinə yeni rəis təyinatı olub.
Baş nazir hərbçilər haqda qərar imzaladı
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin Xidmətin hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilib.
DTX məlumatı: Yeni komissiya yaradıldı
Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması ilə əlaqədar komissiya yaradılıb.
Xəzər dənizinin səviyyəsi rekord həddə endi
Xəzər dənizinin səviyyəsi bütün müşahidə dövrü ərzində ən aşağı həddə enib.
Azərbaycanda bu klinika bağlanır
“Olimp Medical” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Bu cəriməni tez ödəyənlərə güzəşt: Prezident təsdiqlədi
Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Bu işlərdə yeni koordinat sistemi tətbiq ediləcək - Sərəncam
Azərbaycan ərazisində təyinatından asılı olmayaraq yerinə yetirilən bütün növ geodeziya, qravimetriya, topoqrafiya, kartoqrafiya və kadastr işlərində yeni koordinat sistemi tətbiq ediləcək.


