banner
banner

Sosİal

Aliment Fondu yaradılsın, atalıq məzuniyyəti ödənişli olsun - TƏKLİF

Azərbaycanda Aliment Fondu yaradılmalıdır. Cia.az-ın məlumatına əsasən, 2022-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova belə təkliflə çıxış edib. “Aliment Fondu büdcəyə yük olmayacaq, təklif edirəm ki, belə bir fond yaradılsın. Bu fond uşaqların müdafiəsi baxımından da önəmlidir”, - deyə H.Hüseynova əlavə edib.

DİN-dən maaş artımı təklifi ilə bağlı AÇIQLAMA

Milli Məclisin komitələrinin birgə iclasında 2022-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev polislərin maaşının artması ilə bağlı təklif verib. Təklif cəmiyyətdə marağa səbəb olub.

Sabaha gözlənilən hava proqnozu açıqlandı

Azərbaycanda noyabrın 13-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq.

İlin sonunda qapanma olacaq? - AÇIQLAMA

Dünyada koronavirus infeksiyasının yeni ştamları meydana çıxmağa və yayılmağa davam edir. İndiyədək virusun dəfələrlə mutasiyaya uğradığı məlumdur. Son olaraq isə yeni aşkar edilən delta ştammı ilə müqayisədə daha yoluxdurucu olan AY.4.2 mutasiyası dünyaya yayılmağa davam edir.