banner
banner

Sosİal

Azərbaycanda karqoya nəzarət mexanizmi gücləndirilir, sanksiyalar müəyyənləşir

Azərbaycanda karqoya nəzarət mexanizmi gücləndirilir, idxal əməliyyatları həyata keçirən şəxslərin, habelə üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə vergi nəzarətinin gücləndirilməsi və idxal olunan malların sifarişçilərinin, habelə idxal olunan malların saxlanması yerləri barədə əvvəlcədən vergi orqanlarına məlumat verilməməsinə görə məsuliyyət müəyyənləşir.

Bakıda yetkinlik yaşına çatmayanlara tütün məmulatı satılması aşkar edilib

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Cia.az-a verilən xəbərə görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 2-də rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində 3 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.

İri mühərrikli avtomobillərin aksiz vergisi qaldırılır

İri mühərrikli nəqliyyat vasitələrinə görə aksiz vergisinin məbləğinin artırılması təklif edilir. Cia.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə dəyişiklikdə bildirilir. Dəyişiklik aşağıdakı kimi təklif edilir:

Bu obyektlər kassa aparatı quraşdırmalıdır

Fərdi bərbərlər istisna olmaqla, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzləri mütləq kassa aparatı quraşdırmalıdır.

Hava ilə bağlı - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq yayıb. Cia.az xəbər verir ki, noyabrın 3-ü gündüzdən 5-dək Azərbaycan rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Pensiyasına görə anasını öldürən qadına hökm oxundu

Anasını onun pensiyasını ələ keçirmək məqsədilə öldürən Sədaqət Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Cia.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Əsgərova 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bu texnikaların lizinqə verilməsi vergidən azad edilir

Kənd təsərrüfatı texnikalarının mülkiyyət hüququnun keçməməsi şərtilə kənd təsərrüfatı istehsalçılarına lizinqə (icarəyə) verilməsinin vergidən azad edilməsi təklif edilir. Cia.az xəbər verir ki, bu barədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə bildirilir.