banner
banner

Sosİal

Sabahın hava proqnozu AÇIQLANDI

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Hava kəskin dəyişəcək - Xəbərdarlıq

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Şuşa internetlə təmin edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC Şuşa şəhərində mövcud müəssisə və yaşayış binalarını optik telekommunikasiya xidmətləri ilə təmin edib. Nazirlikdən Cia.az-a verilən məlumata görə, artıq şəhərdə ilk istehsalat müəssisəsi olan Çörək zavodunda xidmətə qoşulma icra edilib.

Şəhidlərin ailə üzvlərinə 15700 sosial ödəniş təyin edilib

Ötən bir ildə Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib. Vətən müharibəsi qazilərindən isə artıq 2165 nəfər ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlərin təyinatı aparılıb.

Postmüharibə dövründə 33 min şəxsə sosial dəstək göstərilib

44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının tapşırığına əsasən, şəhid ailələri üzvləri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Cia.az-a verilən məlumata görə, nazirlik tərəfindən icra olunan bu işlər çərçivəsində artıq 33 min şəxs müxtəlif istiqamətlərdə sosial dəstəklə təmin edilib, onlara 40 mindən çox xidmət göstərilib.

İşsizlikdən sığorta gəlirləri artacaq

Növbəti ildə qeyri-büdcə sektoru üzrə işsizlikdən sığorta gəlirləri cari illə müqayisədə 7,5% çox proqnozlaşdırılıb. Cia.az bu barədə Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin layihəsinə rəy”inə istinadən xəbər verir.

Pensiyalar ödənildi

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə noyabr ayına aid pensiyaların ödənişi həyata keçirilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan Cia.az bildirilib.

Köçkünlərə tikilən evlər şəhid ailələrinə veriləcək

“Prezident İlham Əliyevin göstərişi ilə məcburi köçkünlər üçün inşa edilən mənzil və komplekslər həmin soydaşlarımızın dədə-baba torpaqlarına qayıdacaqlarını nəzərə alaraq, şəhid ailələri və müharibə əlilərinə veriləcək”.