banner
banner

Dünya

Slovakiyanın paytaxtında ABŞ-la hərbi əməkdaşlığa qarşı mitinq keçirilib

Slovakiya hakimiyyətindən ABŞ-la hərbi əməkdaşlıq barədə sazişin imzalanmasından imtina edilməsi tələbi ilə bağlı mitinq keçirilib. Tədbir fevralın 2-də Slovakiya Milli Şurası (parlament) binasının qarşısında, Bratislavanın mərkəzində baş tutub. Bu barədə TASR informasiya agentliyi xəbər verib.

Conson Ukraynaya səfər etdi

Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya səfər edib. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Seçkidən bir neçə gün sonra koronavirusa yoluxdu

Portuqaliyanın Baş naziri və Sosialist Partiyasının baş katibi Antonio Koştada koronavirus aşkarlanıb. Cia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Portuqaliyanın dövlət radio və televiziya şirkəti məlumat yayıb. Xəstəliyi simptomsuz keçirən Koşta yeddi gün təcrid olunacaq.

Rusiyalı səfir Çavuşoğlu ilə görüşdü

Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Cia.az xəbər verir ki, bu barədə diplomatik missiyanın məlumatında deyilir. Bildirilir ki, görüş zamanı tərəflər bir sıra beynəlxalq və ikitərəfli məsələləri müzakirə ediblər.