Dünya
Almaniyada iki polis əməkdaşı güllələnib
Almaniyanın qərbində Kusel rayonunda iki polis əməkdaşı güllələnib. Cia.az-ın DW-yə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları post-patrul xidmətində olarkən güllələnib.
Ukrayna NATO-nun komanda-qərargah təlimlərində
Belçikanın Ostend limanında NATO-nun “Dynamic Move-2022” komanda-qərargah təlimləri başlayıb. Bu barədə NATO-nun hərbi dəniz komandanlığı məlumat yayıb.
ABŞ səfirliyi yenidən xəbərdarlıq etdi
ABŞ səfirliyi öz vətəndaşlarını yenidən Ukraynanı tərk etməyə çağırıb və Ukraynanı tərk etmək üçün ölkələrin siyahısı ilə yol xəritəsi dərc edib.
İrəvanda sürücülər etiraz aksiyası keçirir - VİDEO
Ermənistanın paytaxtı İrəvanda sürücülər etiraz aksiyası keçirir. Cia.az “News.am” saytına istinadən xəbər verir ki, aksiya Respublika Meydanında keçirilir.
Moskvada yeniyetmələrin COVID-ə qarşı peyvəndlənməsinə başlanılıb
Moskvada yeniyetmələrin koronavirusa qarşı pulsuz və könüllü peyvəndlənməsinə başlanılıb. Cia.az-ın xəbərinə görə, bu barədə Rusiya paytaxtının sosial kompleksinin “Telegram” kanalı məlumat yayıb.
Gürcüstan ABŞ-dan əlavə “Javelin”lər alacaq
Gürcüstan müdafiə qabiliyyətinin artırılması məqsədilə ABŞ-dan tank əleyhinə “Javelin” raket qurğuları kompleksinin əlavə partiyasını alacaq.
Pakistanda partlayış, 17 yaralı var
Pakistanın Bəlucistan əyalətində qumbaranın partlaması nəticəsində azı 17 nəfər yaralanıb.
Gürcüstandan deportasiya olunan Azərbaycan vətəndaşlarının sayı artıb
Ötən il Gürcüstandan 14 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.
Gürcüstanda “Omicron”dan ilk ölüm halları qeydə alındı
Gürcüstanda koronavirusun “Omicron” ştamından ilk ölüm halları qeydə alınıb. Cia.az xəbər verir ki, bu barədə məlumatı ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze açıqlayıb.
ABŞ-da oteldə 16 nəfər huşsuz vəziyyətdə tapılıb
ABŞ-ın Ohayo ştatının Marisville şəhərindəki oteldə azı 16 nəfər huşsuz vəziyyətdə tapılıb. Cia.az “CBS” telekanalına istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Donald Tramp: "Rusiya Ukraynaya nəzarəti ələ keçirə bilər"
“ABŞ-dakı demokratlar bir ildən sonra ölkənin xarici siyasətini elə vəziyyətə gətiriblər ki, Rusiya Ukraynaya nəzarəti ələ keçirə bilər, Çin isə Tayvanı hədələyir”. Cia.az bildirir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp bunu Texasda keçirilən mitinqdə çıxış edərkən söyləyib.
Suriyada həbsxanaya hücum olub: 200 İŞİD üzvü zindandan qaçıb
Suriyanın şimal-şərqindəki Əl-Həsəkə qəsəbəsində həbsxanaya edilən hücum nəticəsində 200-ə yaxın İŞİD üzvü zindandan qaçıb.
Britaniya Estoniyaya qoşun göndərir
Britaniya Estoniyaya geniş miqyaslı qoşun və texnika yerləşdirəcəyini bildirib. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya Estoniyadakı hərbi kontingentinin sayını iki dəfə artırmaq və Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar müdafiə silahlarının ötürülməsi imkanlarını nəzərdən keçirir.
Tehrana koronavirusun altıncı dalğası daxil olub -FOTO
Tehran vilayətinin Koronavirusla Mübarizə Qərargahının rəsmisi deyib: “Koronavirusa qarşı müalicə üçün müraciətlərin sayı hər gün altı min nəfərə çatıb”.
Moskvada miqrantların qeydiyyat qaydaları dəyişə bilər
Moskva prokuroru Denis Popov hesab edir ki, şəhərdə miqrantların genetik qeydiyyatı tətbiq edilməlidir.
Nikolay Patruşev: “Rusiya müharibə istəmir”
“Rusiyanın guya Ukraynanı təhdid etdiyinə dair iddialar “tam absurd”dur. Cia.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.


