banner
banner

Dünya

“Minilliyin səsi” vəfat etdi

Braziliyalı müğənni, bəstəkar Elza Suares 91 yaşında dünyasını dəyişib. Cia.az xəbər verir ki, bu barədə onun Mətbuat xidməti məlumat yayıb.

Tokayev daha bir məmuru işdən çıxardı

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin müdafiə nazirinin müavini Darın Tuyakovu vəzifəsindən azad edib. Cia.az xəbər verir ki, bu barədə Zakon.kz məlumat yayıb.

Bayden Rusiyanı dollarla hədələdi

ABŞ Prezidenti Co Bayden Ukrayna ətrafında vəziyyətin gərginləşəcəyi təqdirdə Rusiya banklarının ABŞ dolları ilə əməliyyatlar apara bilməyəcəyini söyləyib. ABŞ lideri bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında deyib.

ATƏT-in yeni rəhbəri koronavirusa yoluxub

ATƏT-ə rəhbərlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau koronavirusa yoluxub. Bu səbəbdən o, İspaniya və Maltaya səfərlərini ləğv etmək məcburiyyətində qalıb. Bu barədə Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukas Yasina özünün “Twitter” hesabından xəbər verib.

Məhkəmə Poroşenko ilə bağlı qərar verib

Ukrayna məhkəməsi eks-prezident Petro Poroşenkonun azadlıqda qalması barədə qərar verib. Cia.az RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, Kiyevin Peçersk Rayon Məhkəməsi şəxsi öhdəlik əsasında, şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etməklə azadlıqda saxlanması barədə qərar verib.

İranda təyyarə təcili eniş edib

İranda təyyarə təcili eniş edib. Cia.az-ın məlumatına görə, İranın Kirman əyalətinin Orzueeyeh bölgəsində Mahan şirkətinə məxsus təyyarə təcili eniş edib.

Fransada atışma, ölən var

Fransanın Nitsa şəhərinin mərkəzində atışma olub. Cia.az “Nice Matin” qəzetinə istinadən xəbər verir ki, insident nəticəsində bir nəfər ölüb. Hazırda polis atəş açan şəxsi axtarır.

Almaniyada inflyasiya 30 illik maksimuma çatıb

Almaniyada ötən ilin dekabr ayında illik inflyasiya bir ay əvvəlki 5,2%-dən 5,3%-dək sürətlənib. Cia.az-ın məlumatına görə, bu barədə Almaniyanın Federal Statistika İdarəsinin açıqlamasında deyilir.