Dünya
Daşqınlar Braziliyanı cənginə aldı, 19 ölü - Fotolar
Braziliyanın San-Paulu ştatında güclü leysan yağışları yağıb. Cia.az xarici mediaya istinadən xəbər ki, ştatın ayrı-ayrı bölgələrində 12 saat ərzində təxminən 115 mm yağıntı düşüb.
Britaniya Rusiyaya xəbərdarlıq üçün yeni sanksiyalar hazırlayır
Britaniya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya şirkətlərinə və bu ölkədən olan fiziki şəxslərə qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Ukrayna ordusunun sayı artırılır
Ukrayna Silahlı Qüvvələrinin sayı üç il ərzində 100 min nəfər artırılacaq. Cia.az “TASS”a istinadən xəbər verir ki, ölkə Prezidenti Vladimir Zelenski bununla bağlı sərəncam imzalayıb.
Gürcüstanda “yaşıl pasport” ləğv edildi
Gürcüstanda koronavirusla mübarizə tədbirləri çərçivəsində tətbiq edilən “yaşıl pasportlar” ləğv olunub. Cia.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Koronavirusla Mübarizə üzrə İdarələrarası Koordinasiya Şurasının Operativ Qərargahının rəhbəri Georgi Qibradze açıqlayıb. Onun sözlərinə görə, xaricə səfər etmək üçün “yaşıl pasport”a ehtiyac duyan vətəndaşlar bu sistemdən istifadə edə bilərlər.
Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verildi
Ermənistan Prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verilib.
Turizm adası xarici vətəndaşlara qapılarını açır
İndoneziyanın Bali adası fevralın 4-dən xarici turistləri qəbul edəcək. Bu barədə İndoneziyanın Dənizçilik və İnvestisiyalar üzrə əlaqələndirici nazir Luhut Binsar Pancaitan məlumat verib.
Polşa Ukraynaya zenit mərmilər verəcək
olşa hakimiyyət orqanları Ukraynaya müdafiə silahları ötürmək qərarına gəlib. Cia.az xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Pavel Soloch bildirib.
Qazaxıstanda Parlament Məclisinə yeni sədr seçilib
Qazaxıstan Respublikası Parlamenti Məclisinin (aşağı palata) plenar iclasında deputatlar yekdilliklə Yerlan Koşanovu sədr seçiblər. Cia.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bildirilib.
Makron Rusiyaya səfər edə bilər
“Fransa Prezidenti Emmanuel Makronun Rusiyaya səfər etməsi və ölkə Prezidenti Vladimir Putinlə görüşü istisna edilmir”.
Ermənistan parlamentinin yeni sədri
Xəbər verdiyimiz kimi, Ermənistanın istefa verən Prezidenti Armen Sarkisyanın səlahiyyətlərinə rəsmi olaraq xitam verilib. Ölkə parlamentinin sədri Alen Simonyan müvəqqəti olaraq prezident səlahiyyətlərini icra edəcək. Cia.az-ın “Sputnik Ermənistan”a istinadən məlumatına görə, bu səbəbdən də parlamentin vitse-spikeri Akop Arşakyan parlamentin sədri vəzifəsini icra edəcək.
Moskva sakinlərinə “Nadya” xəbərdarlığı: Ölümcül ola bilər!
Qərbdən Rusiyanın Avropa hissəsinə güclü siklon hərəkət edir. Onun gəlişi ilə sinoptiklər hava şəraitinin əhəmiyyətli dərəcədə pisləşəcəyini gözləyirlər. Belə ki, Avropada “Nadya” adlı qasırğa artıq böyük dağıntılara və hətta insan tələfatına səbəb olub.
Tokayev dövlət katibinin səlahiyyətlərini artırdı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın dövlət katibinin səlahiyyətlərində dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Avropa Komissiyasının komissarı Azərbaycana gəlir – SƏBƏB
Bu həftə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycana səfər edəcək.
Rusiyalı milyarderin səkkiz yaşlı oğlunun cəsədi tapıldı
Milyarder Stanislav Loqunovun Leninqrad vilayətində gəzinti zamanı buzun qırılması nəticəsində Neva çayına düşən səkkiz yaşlı oğlunun meyiti tapılıb. Bu barədə rayonun fövqəladə xilasetmə xidməti məlumat yayıb.
Britaniya Estoniyadakı qoşunlarının sayını iki dəfə artırır
Britaniya hakimiyyəti Estoniyada NATO-nun çoxmillətli batalyonunun tərkibində fəaliyyət göstərən hərbi kontingentini ikiqat artırır. Bu barədə bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın “The Daily Telegraph” qəzetində dərc olunmuş məqaləsində bildirilib.
Şimali Koreyanın atdığı raket səs sürətini 16 dəfə ötüb
Şimali Koreyanın atdığı raket səs sürətini 16 dəfə ötüb. Bu barədə “Yonhap” agentliyi hərbi mənbəyə istinadən məlumat yayıb.


