banner
banner

Dünya

Putin Qazaxıstanı “öz evi” adlandırdı

“Biz anlayırıq ki, Qazaxıstanda baş verən hadisələr dövlətlərimizin daxili işlərinə kənardan ilk və son müdaxilə deyil”. Cia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda keçirilən növbədənkənar iclasında deyib.

Əfqanıstanda partlayış olub, 9 nəfər ölüb

Əfqanıstanın Nəngərhar vilayətində partlayış baş verib. Cia.az RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, məktəb yaxınlığında baş verən partlayış zamanı 9 nəfər ölüb, 4 nəfər yaralanıb.

KTMT-nin Baş katibi Qazaxıstana gedir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas yanvarın 11-i Qazaxıstana səfər edəcək. Cia.az xəbər verir ki, bunu Stanislav Zas KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasında deyib.

Venesuela Prezidenti İrana səfər edəcək

Türkmənistan Prezidenti Qurbanqulu Berdimuhəmmədov və Venesuela Prezidenti Nikolas Maduro İrana səfər edəcək. Cia.az-ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

Tokayev ölkədə baş verənləri dövlət çevrilişinə cəhd adlandırdı

“Qazaxıstanda terrorçular ölkədə hakimiyyəti ələ keçirmək istəyiblər”. Cia.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının onlayn formatda keçirilən növbədənkənar iclasında deyib.

İran XİN başçısı Çinə səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Çinə səfər edəcək. Cia.az-ın məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə keçirdiyi həftəlik mətbuat konfransında deyib. O bildirib ki, səfər həftəsonu baş tutacaq.

Qazaxıstandakı qurbanları belə andı - FOTO

Azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalib (Bəxtiyar Məmmədov) Qazaxıstandakı matəm günü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Cia.az xəbər verir ki, o, instaqram səhifəsində qara fon paylaşıb, şərhə bugünkü tarixi və Qazaxıstan bayrağının görüntüsünü əlavə edib. İfaçı paylaşımının şərh bölümünü bağlayıb.

Böyük Çin səddinin bir hissəsi dağılıb - FOTO

Böyük Çin səddinin təxminən iki metr uzunluğunda olan hissəsi zəlzələdən sonra uçub. Təbii fəlakət Çinin şimal-qərbindəki Çinxay əyalətində baş verib. Zəlzələnin maqnitudası 6,9 bal, episentri isə dağıntı yerindən 114 kilometr aralıda olub. Artıq mütəxəssislər təmir-bərpa işlərinə başlayıblar.

Qazaxıstanda general intihar etdi

Qazaxıstanın Cambul vilayətinin Polis Departamentinin rəisi general Janat Süleymanov intihar edib. Cia.az xəbər verir ki, bu barədə məlumatı “BaigeNews.kz” yayıb.