Dünya
Çindən Qazaxıstana dəstək
“Çin Qazaxıstanda iğtişaşlar törədən xarici qüvvələrə qəti şəkildə qarşı çıxır”. Bu barədə Çin Xalq Respublikasının sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə müraciətində bildirib.
Nazarbayev ailəsi ilə birlikdə Qazaxıstanı tərk ediblər - FOTO
Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev və qızları ailələri ilə birlikdə ölkəni kütləvi etirazlar fonunda tərk edib. Bu barədə Orda.kz portalı xəbər verib.
Qazaxıstanda məşhur kriminal avtoritet saxlanılıb
Qazaxıstanda məşhur kriminal avtoritet Arman Cumageldiyev saxlanılıb. Cia.az RİA Novosi-yə istinadən xəbər verir ki, daha çox “Dikiy Arman” ləqəbi ilə tanınan avtoritetin kütləvi iğtişaşlarla bağlı saxlanıldığı bildirilib. Hadisə ilə bağlı ətraflı məlumat verilmir.
Əmr gecə saatlarında gəlib: Türk ölkəsi belə xaosa sürükləndi - Türkiyədəki səfirdən ŞOK İDDİA
“Qazaxıstanda xaos yaratmaq üçün xüsusi qruplar ortaya atıldı və hadisələr hazırlanmış plan üzrə getdi”.
Qazaxıstanda saxlanılanların sayı açıqlanıb
Qazaxıstanda etirazlar zamanı saxlanılanların sayı məlum olub.
Rusiyanın sabiq Baş Qərargah rəisi koronavirusdan ölüb
Rusiya Ordusunun keçmiş Baş Qərargah rəisi, ordu generalı Anatoli Kvaşnin yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib. Cia.az-ın xəbərinə görə, bu barədə RİA “Novosti” məlumat yayıb.
Qazaxıstandakı sülhməramlıların komandanı məlum oldu
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstana göndərilən sülhməramlı qüvvələrinə Rusiyanın Hava-Desant Qüvvələrinin komandanı general-polkovnik Andrey Serdyukov rəhbərlik edəcək. Cia.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb. Qeyd edək ki, 49 yaşlı Andrey Serdyukov 2016-cı ilin oktyabrında Rusiya Hava-Desant Qüvvələrinin komandanıdır.
Almatıda teleradio binası yanır
Qazaxıstanın Almatı şəhərində yerləşən “Mir-24” teleradio şirkətinin binası yanır. Binanın etirazçılar tərəfindən yandırıldığı ehtimal edilir.
Daha 2 ölkə Qazaxıstana sülhməramlıların göndərilməsinə razılıq verdi - Yenilənib
Qırğızıstan parlamenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı missiyası tərkibində öz hərbi qulluqçularının Qazaxıstana göndərilməsi barədə qərarı təsdiq edib. Cia.az “TASS”a istinadən xəbər verir ki, millət vəkillərinin qəbul etdiyi qərar əsasında Qazaxıstana 150 qırğız hərbi qulluqçu, eləcə də 19 avtomobil və zirehli texnika göndəriləcək.
Gürcüstanda “Omikron”a yoluxanların sayı 600-ə çatıb
İndiyədək Gürcüstanda koronavirusun “Omikron” ştamına 600 yoluxma halı təsdiqlənib.
Almatıdan şiddətli atışma görüntüləri
Almatıda gedən şiddətli atışmanın görüntüləri yayılıb. Görüntülər şəhərin mərkəzi hissəsində çəkilib. Sosial şəbəkələrdə yayılan videoda intensiv atəş səsləri eşidilir.
Qazaxıstanda internet bərpa olundu
Qazaxıstanda internet verilişi yenidən bərpa olunub. Cia.az-ın xəbərinə görə, bu barədə məlumatı “RİA Novosti”nin müxbiri verib.
Qazaxıstan Prezidenti yenidən xalqa müraciət edəcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkə vətəndaşlarına daha bir müraciəti olacaq. Cia.az xəbər verir ki, bu barədə məlumatı “ZTB Qazaqstan” teleqram kanalı yayıb.
Almatıda atışma davam edir, ölənlər var
Qazaxıstanın Almatı şəhərində Respublika meydanı ərazisində atışma səsləri səngimir.
Gürcüstanda Omicron ştamına yoluxanların sayı açıqlanıb
Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 335-ə çatıb. Cia.az xəbər verir ki, bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.


