banner
banner

Dünya

Nazarbayevin istefası ilə bağlı - Açıqlama

“Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib". Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Nazarbayevin mətbuat katibi Aydos Ukibay deyib.

Rusiya Qazaxıstanın strateji obyektlərinin mühafizəsini nəzarətə götürür

Rusiya Müdafiə Nazirliyinin aviasiya qrupu KTMT-nin Qazaxıstandakı missiyasında iştirak edən rusiyalı hərbçilərin hava ilə daşınmasını davam etdirir. Cia.az xəbər verir ki, bu barədə nazirliyin məlumatında deyilir. Qeyd edilir ki, desantçılar artıq aerodromları, sosial infrastrukturu və digər həyati əhəmiyyətli obyektləri mühafizə etməyə başlayıblar.

İranda məhkəmə sistemi işçiləri etiraz aksiyaları keçiriblər

İranda məhkəmə sistemi işçiləri bir neçə şəhərdə etiraz aksiyası keçirib. Cia.az-ın məlumatına görə, etirazçılar parlamentdə məhkəmə sistemi işçilərinin maaşlarının artırılması layihəsinin qəbul olunmamasına və sosial vəziyyətlərinin yaxşılaşdırılması tələbi ilə aksiya keçirib.

“Taliban”ın XİN başçısı İrandadır

“Taliban”ın xarici işlər naziri Mövləvi Əmir Xan Müttaqi İranda səfərdədir. Cia.az xəbər verir ki, bu barədə “Taliban” xarici işlər nazirliyinin sözçüsü Tvitter hesabında bildirib.

Meksikada 75 pilot koronavirusa yoluxdu: Hava nəqliyyatı iflic oldu

Meksikada pilotların koronavirusa yoluxması hava nəqliyyatını iflic edib. Belə ki, “Aeromexiko” və “Aeromar” hava yolları şirkətlərinin 75 pilotunun COVID-19-a yoluxmasından sonra bir çox daxili və beynəlxalq uçuşlar ləğv olunub. Ümumilikdə 140 işçinin koronavirus testi müsbət çıxıb.

Qazaxıstanda matəm elan olundu

Yanvarın 10-u Qazaxıstanda milli matəm günü elan olunub. Cia.az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq fərman imzalayıb.

Nazarbayev xalqı Tokayevin ətrafında sıx birləşməyə çağırıb

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev ölkənin bütövlüyünü qorumaq və mövcud çətinliklərə qalib gəlmək üçün xalqı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ətrafında sıx birləşməyə çağırıb. Cia.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Nazarbayevin mətbuat katibi “Twitter”də məlumat yayıb.

Qazaxıstana 100 mln. dollar ziyan dəyib

Qazaxıstandakı iğtişaşlar nəticəsində ölkəyə dəyən zərərin ilkin hesablanmış məbləği 44 mlrd. tengə (təxminən 100 mln. ABŞ dolları) təşkil edib. Cia.az-ın xəbərinə görə, bu barədə Qazaxıstanın Milli Sahibkarlar Palatası məlumat yayıb.