Dünya
İranda Qasım Süleymaninin heykəli yandırıldı
İranın Kordşəhr bölgəsində hökumət rəsmiləri ötən gün səhər İraqda öldürülən SEPAH generalı Qasım Suleymaninin heykəlini ucaldıblar. “Azad İran” “Telegram” kanalı xəbər verir ki, dünən axşam saatlarında isə şəhərin gənc fəalları heykələ od vuraraq onu yandırıblar.
ABŞ-da ipoteka kreditləşməsi rekorda çatıb
ABŞ-ın ipoteka kreditorları 2021-ci ildə 1,61 trln. dollar məbləğində kredit veriblər ki, bu da rekord göstəricidir. Cia.az"The Wall Street Journal"a istinadən verdiyi məlumata görə, bu barədə İpoteka Bankçıları Assosiasiyasının (Mortgage Bankers Association) açıqlamasında deyilir. Qeyd olunur ki, 2020-ci ildə ipoteka kreditlərinin həcmi 1,48 trln. dollar təşkil edib, əvvəlki rekord isə (1,51 trln. dollar) 2005-ci ildə qeydə alınıb.
Gürcüstanda COVID: Yoluxma sayı 1 milyona yaxınlaşır
Gürcüstanda koronavirusa 3.567 yeni yoluxma müəyyən edilib.
Xarici vətəndaşların Qazaxıstana girişinə qadağa qoyuldu
Qazaxıstan rəhbərliyi fövqəladə vəziyyət rejimi ilə əlaqədar olaraq xarici vətəndaşların ölkəyə girişini dayandırıb.
Ermənistan Qazaxıstandakı sülhməramlı missiya üçün cəmi 70 hərbçi tapa bilib
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana hərbçi göndərib. Söhbət Qazaxıstan Respublikasında kütləvi etirazlar fonunda strateji əhəmiyyətli obyektlərin mühafizəsini təmin etmək üçün Ermənistanın tapıb kontingentin tərkibində göndərə bildiyi 70-ə yaxın hərbçidən gedir.
Dövlət Baxçalıya “TURKOVAC” peyvəndi vurulub FOTO
Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalıya yerli “TURKOVAC” peyvəndi vurulub. Cia.az-ın xəbərinə görə, MHP sədri bu barədə “Twitter”də bildirib.
Qırğızıstan əsgərləri Qazaxıstanda etirazçılara qarşı çıxmayacaq
Qırğızıstan qoşunları KTMT sülhməramlı kontingentinin tərkibində Qazaxıstana göndərilsə də, etirazçılarla qarşı-qarşıya dayanmayacaqlar. Onlar yalnız strateji obyektləri qoruyacaq. Bu barədə Qırğızıstan Prezidenti Sadır Japarovun mətbuat katibi Erbol Sultanbayev jurnalistlərə bildirib.
Türk Dövlətləri Təşkilatından Qazaxıstanla bağlı BƏYANAT
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlər olaraq baş verən son hadisələrin fonunda biz Qazaxıstanda sülh və sabitliyə əhəmiyyət verdiyimizi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”.
Almatıda 12 asayiş keşikçisi öldürülüb
Qazaxıstanın Almatı şəhərində kütləvi etirazlar zamanı 12 asayiş keşikçisi öldürülüb. Cia.az TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhər komendaturası məlumat verib. Ölənlərdən birinin başının kəsildiyi qeyd olunub.
Qazaxıstan Səhiyyə Nazirliyi: Mindən çox insan yaralanıb
Qazaxıstanda iğtişaşlar nəticəsində mindən çox insan xəsarət alıb, bir neçə yüz nəfər xəstəxanaya yerləşdirilib, onlarla insan reanimasiyadadır. Bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.
Türkiyə Ordusu 3 PKK terrorçusunu məhv edib
Türkiyə hərbçiləri Suriyanın şimalında daha 3 PKK/YPG-li terrorçusunu zərərsizləşdiriblər. Cia.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Ermənistanda COVID-19-dan ölənlərin sayı 8 minə yaxınlaşıb
Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 129 yoluxma halı qeydə alınıb. Cia.az“Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 345 255 nəfərə çatıb.
Almatı aeroportu mühasirəyə alındı - FOTO
Qazaxıstanda fövqəladə vəziyyətlə əlaqədar Almatı Beynəlxalq Hava Limanı təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb.
Dünyanın texnologiya nəhənglərindən biri elektromobil istehsalına başlayır
Yaponiyanın “Sony” şirkəti 2022-ci ilin yazından etibarən elektromobil bölməsi yaradacaq. “Sony”nin elektromobil bazarına çıxmaq niyyətini şirkətin rəhbəri Kenitiro Yosida Las-Veqasda keçirilən “Consumer Electronics Show” (CES) sərgisində dilə gətirib. “Biz “Sony” elektrik avtomobillərinin istehsalına başlamağı düşünürük” – deyə şirkət rəhbəri Kenitiro Yosida vurğulayıb. Mənbə: The Verge
NATO ilə danışıqlarda Rusiyanı kimlərin təmsil edəcəyi məlum olub
Rusiya-NATO Şurasının iclasında Rusiya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin idarələrarası nümayəndə heyəti ilə təmsil olunacaq. Cia.az RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Türk əsilli qadınlar nazir oldu
Niderlandın yeni hökumətində iki türkəsilli qadın nazir vəzifəsini icra edəcək. Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, onlardan biri Liberal sağçı, Azadlıq və Demokratiya Partiyasından (VVD) millət vəkili Dilan Yeşilgöz Zegeriusdur. O, Niderlandın yeni Nazirlər Kabinetində təhlükəsizlik və ədliyyə naziri vəzifəsini icra edəcək.


