banner
banner

İdman

Şahmatçımız erməni ilə qarşılaşacaq

Şahmatçımız erməni ilə qarşılaşacaq

Bu gün Polşanın paytaxtı Varşavada şahmatın rapid və blits növləri üzrə dünya çempionatına start veriləcək.

Cia.az xəbər verir ki, yarışda Azərbaycanı ümumilikdə 12 qrossmeyster təmsil edəcək.

Dekabrın 30-dək davam edəcək mundialın ilk 3 günündə rapid üzrə mübarizə olacaq. Kişilər 13, qadınlar 11 turun nəticəsinə əsasən qalibi müəyyənləşdirəcək. İlk gündə kişilərdə 5, qadınlarda 4 tur oynanılacaq.

Artıq yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək zəka sahibləri müəyyənləşib. Kişilərin mübarizəsində Şəhriyar Məmmədyarov polşalı Pavel Çarnota, Rauf Məmmədov hindistanlı Harşa Bharatakoti, Vasif Durarbəyli fransalı Maksim Vaşye-Laqrav, Vüqar Əsədli niderlandlı Yorden van Forest, Məhəmməd Muradlı macarıstanlı Adam Kozak, Aydın Süleymanlı serbiyalı Aleksandar İnciç, Xəzər Babazadə isə rusiyalı Mixail Kobaliya ilə qarşılaşacaq.

Qadınlardan Zeynəb Məmmədyarova, Xanım Balacayeva və Gövhər Beydullayeva, müvafiq olaraq, Rusiya şahmatçıları Valentina Qunina, Olqa Girya və Leya Garifullinanı, Gülnar Məmmədova norveçli Olqa Doljikovanı, Türkan Məmmədyarova isə Niderlandı təmsil erməni qrossmeyster Anna-Mayya Kazaryanı sınağa çəkəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.