banner
banner

İdman

Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub

Azərbaycanın olimpiya çempionu koronavirusa yoluxub

 

 

Azərbaycanın həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina koronavirusa yoluxub.

Bu barədə “Report”a 73 yaşlı mütəxəssisin özü məlumat verib.

Veteran həndbolçu beş gündür ev şəraitində müalicə olunduğunu və hazırda özünü yaxşı hiss etdiyini bildirib.

Şubina soyuqdəymədən xəstələndiyini söyləyib:

“Mən hovuza gedirəm. Yəqin ki, orada soyuqdəyməm olub və bu da hazırkı xəstəliyə gətirib çıxardıb”.

Qeyd edək ki, Lyudmila Şubina keçmiş SSRİ yığmasının tərkibində 1976-cı il Monreal Yay Olimpiya Oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatlarında gümüş (1975) və bürünc (1973) medallar qazanıb.

Hazırda Şubina “Qaradağ” həndbol klubunun prezidentidir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.