banner
banner

Şou

Elarizin ABŞ-dakı bu fotosu marağa səbəb oldu

Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun “55”​ seriyalı (Şəki) dövlət nömrə nişanlı avtomobillə çəkdirdiyi şəkli sosial şəbəkələrdə böyük marağa səbəb olub. Bəzi izləyicilər bunun montaj olduğunu qeyd edib. Cia.az-a danışan E.Məmmədoğlu fotonun real olduğunu bildirib:

Türkiyəli aktyor koronavirusa yoluxdu: Serialın çəkilişi dayandırıldı

Türkiyənin “Show TV” telekanalında yayımlanan “Üç Kuruş”un çəkilişləri Yeni il proqramlarına görə dayandırılıb. Yanvarın 10-dan serialın növbəti bölümünün çəkilişi planlaşdırılmışdı. Lakin serialın baş rol ifaçısı Uraz Kayğılaroğlu və çəkiliş qrupundakı digər şəxslərin də koronavirusa yoluxması səbəbilə çəkilişlər təxirə salınıb. Uraz Kayğılaroğlunun evində təcrid olunduğu və bir müddət çəkilişlərdən uzaq qalacağı bildirilir.

Adel Silvestr Stallonenin malikanəsini endirimlə aldı -FOTO

Böyük britaniyalı müğənni Adel amerikalı aktyor Silvestr Stallonedən Beverli Hillsdəki malikanəsini endirimlə alıb. “Rembo” filmlərinin ulduzu evini ilkin dediyi dəyərə sata bilmədiyi üçün onun qiymətini demək olar ki, iki dəfə aşağı salmışdı.

2022-ci ildə dəbdə olacaq geyimlər və rənglər

Son zamanlar boş geyimlər üstünlük təşkil etsə də məşhur brendlərin kolleksiyaları növbəti il üçün fərqli proqnozlar verir. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 2022-ci ildə daha çox qısa, dar və dekolteli paltarlara tələbat artacaq. “Oversize” modellərin yerini mikro geyimlər əvəz edəcək.

Türkiyəli məşhur koronavirusa yoluxdu

Yaxın günlərdə ikinci dəfə ata olmağa hazırlaşan türkiyəli məşhur aktyor Kənan İmirzalıoğlu koronavirusa yoluxub. Bu səbəbdən onun ATV kanalında apardığı “Kim milyoner olmak ister” proqramı təxirə salınıb.

“Altın Kelebek”dəki ifadəsinə görə sərvət qazanacaq

Ötən ay 47-ci “Altın Kelebek” mükafatlandırma mərasimində “Yüksələn ulduz” mükafatını qazanan türkiyəli aktrisa Melis Sezen işlətdiyi bir cümləyə görə sərvət qazanacaq. Cia.az “Takvim”ə istinadən xəbər verir ki, söhbət onun “Bunu tutmuşam, çünki hazırda əlimdədir” ifadəsindən gedir.

“Evdə tək” filminin aktyoru sevdiyi qadını boğmağa cəhd edib

Məşhur “Evdə tək” filmində rol almış aktyor Devin Ratrey (Bazz Makkalister rolunu oynayıb) görüşdüyü qadına yumuruq zərbələri endirib və onu boğmağa cəhd göstərib. 44 yaşlı aktyor saxlanılıb. O, özünə qarşı irəli sürülən ittihamları qəbul etməyib.

Azərbaycanlı müğənni tatuları ilə heyran etdi - FOTO

Azərbaycanı 2008-ci və 2015-cı illərdə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil etmiş və “O səs Türkiyə” müsabiqəsinin qalibi olmuş müğənni Elnur Hüseynov “Instagram” hesabında yeni paylaşım edib. O, dostları ilə birgə Dubayda çəkilmiş fotolarını izləyiciləri ilə bölüşüb.

Hülya Avşarın Türkiyədəki böhranla bağlı açıqlaması tənqid olundu

Türkiyəli müğənni, aktrisa Hülya Avşarın ölkədə yaşanan iqtisadi böhranla bağlı açıqlaması müzakirəyə səbəb olub. Cia.az “Hürriyet”ə istinadən xəbər verir ki, onun iqtisadi böhran dövründə “Lazım gəlsə, simit yeyərik və bu çətin günləri adladarıq” sözləri tənqid olunub.