Qazaxıstan Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Qol.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu “Astana” “Kaysar"ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb.
Almeyda bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Astana" 58 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb