Fransanın “Nant” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Qol.az-ın Fransa klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Vahid Halilhodjiç çalışdıracaq. Onunla 2020-ci ilin yayına kimi müqavilə imzalanıb.
Halilhodjiç postunda uğursuz nəticələrə görə vəzifəsindən uzaqlaşdırılan Migel Kordozanı əvəzləyib. “Nant” 8 turdan sonra Liqa 1-də 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Vahid Halilhodjiçin son iş yeri Yaponiya millisi olub. Bosniyalı mütəxəssis bu komandanı DÇ-2018-ə yüksəltsə də, mundialın startına 2 ay qalmış vəzifəsindən uzaqlaşdırılıb.
Halilhodjiç futbolçu kimi 1981-1986-cı illərdə “Nant”ın formasını geyinib və 1982/1983 mövsümündə bu komandanın heyətində Fransa çempionu olub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.