"Çelsi"nin futbolçusu Eden Hazard Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda BATE ilə oyunu buraxacaq.
Qol.az-ın xəbərinə görə, bu barədə London klubunun baş məşqçisi Mauritsio Sarri məlumat verib. İtaliyalı mütəxəssis deyib ki, belçikalı yarımmüdafiəçinin kürəyində ağrılar olduğu üçün o, sabah oynamayacaq: "Amma onun Premyer Liqa oyununa çatmağına çalışırıq".
Qeyd edək ki, "Çelsi" - BATE görüşü sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.