FİFA prezidenti Canni İnfantino DÇ-2022-nin final mərhələsində iştirak edəcək komandalarının mümkün artımından danışıb.
Qol.az-ın "Röyters"ə istinadən yaydığı xəbərə görə, o, Qətərdə keçiriləcək mundialda komandaların sayının 32-dən 48-ə yüksəldilə biləcəyini deyib:
"Dünya çempionatında komandaların sayının 32-dən 48-ə yüksəldilməsinə qərar vermişik. Yenilik 2026-cı ildə olacaq. Amma biz bunun 2022-ci ildə tətbiqinə baxarıq. Əgər bunu həyata keçirmək mümkündürsə, niyə də olmasın? Biz artıq qətərli dostlarımızla və regionun digər nümayənədləri ilə məsələni müzakirə edirik. Ümid edirəm ki, bu ideyanı həyata keçirməyi bacaracağıq".
Qeyd edək ki, DÇ-2022 ilk dəfə payız aylarında – 21 noyabr – 18 dekabr tarixlərində keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb