"Müxtəlif səbəblərdən "Qarabağ”da hər şey ümid etdiyim kimi olmadı”.
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın qapıçısı Hannes Halldorsson "Fotbolti” nəşrinə açıqlamasında deyib.
İslandiya millisinin üzvü mövsümün ilk yarısını dəyərləndirərkən "Qarabağ"a gəlişindən, komandadakı çıxışından danışıb. "Bəhanə etmək istəmirəm, ancaq "Qarabağ"a getdiyim ilk ayda zədələndim. Müqavilə bağlayanda baş məşqçimiz mənə dedi ki, komandada iki qapıçısı olacaq. Lakin mən zədələndiyim üçün daha bir qapıçı transfer edildi. İndi biz üç qapıçıyıq. Bu, həqiqətən də lüzumsuzdur. Heç vaxt kimin oynayacağı öncədən bilinmir. Əsas heyətdə meydana çıxmaq tam təsadüfi baş verir. Kimin səhvi olursa, meydana çıxmır".
Avroliqanın qrup mərhələsində Bakıda "Sportin"lə keçirilən görüşdə (1:6) 6 qol buraxdığını xatırladan Halldorsson həmin görüşdə zəif çıxış etdiyini etiraf edib: "Mövsümə enerjili başlamışdım. Bir neçə oyunda start heyətdə yer aldım. Ancaq "Sportinq"lə oyunda zəif çıxış etdim, 6 qol buraxdım. Həmin oyundan sonra meydana çıxmadım".
Gələcək karyerası barədə danışan 34 yaşlı qolkiper "Qarabağ"dan ayrıla biləcəyinə işarə edib: "İndi yol ayrıcındayam. Öz problemlərimi nəzərdən keçirirəm və gələcəyimlə bağlı düşünürəm".
Qeyd edək ki, Halldorsson Ağdam təmsilçisinə mövsümün əvvəlində Danimarkanın "Randers" klubundan keçib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb