banner
banner

İdman

Yunan-Roma güləşçilərimiz "Təxti kuboku"nda çıxış edəcək

Yunan-Roma güləşçilərimiz "Təxti kuboku"nda çıxış edəcək

Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası İranın paytaxtı Tehranda keçiriləcək "Təxti Kuboku"na qatılacaq.

Federasiyadan Trend-ə verilən məlumata görə, yanvarın 24-də start götürəcək yarışda 10 pəhləvan mübarizə aparacaq. Yığmanın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) çıxış edəcək.

 

Qeyd edək ki, iki gün davam edəcək turnirə III dərəcəli beynəlxalq hakim Elgün Məmmədov da yollanacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.