Maruan Fellaini "Mançester Yunayted"dən ayrılır. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı yarımmüdafiəçi karyerasını Çində davam etdirəcək. "Qırmızı şeytanlar"ın Super Liqada çıxış edən klublardan biri ilə danışıq apardığı bildirilir
Qeyd edək ki, 2013-cü ilin yayında 27.5 milyon avroya "Everton"dan transfer olunan 31 yaşlı futbolçunun "Mançester Yunayted"lə 2020-ci ilin iyun ayına qədər müqaviləsi var.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.