İspaniya Kubokunun yarımfinalında “Barselona” səfərdə Madrid “Real”ını darmadağın edərək 3:0 (iki oyununun nəticəsinə görə (4:1) turnirin finalına çıxıb.
Oxu.Az-ın məlumatına görə, ilk hissə kral klubunun üstünlüyü ilə keçib.
Kərim Benzema və Vinisius Junior qol vəziyyətlərindən istifadə edə bilməyiblər.
İkinci hissənin əvvəllərində “Barselona” hesabı açıb. Matçın 50-ci dəqiqəsində Usman Dembelenin ötürməsindən sonra Luis Suarez adını tabloya yazdırıb.
Qarşılaşmanın 69-cu dəqiqəsində “Real”ın müdafiəçisi Rafael Varan topu öz qapısına göndərərək hesab arasındakı fərqi artırıb. Bir neçə dəqiqə sonra isə Suarez özü qazandığı penaltini dəqiq yerinə yetirib (73-cü dəqiqə).
İspaniya Kubokunun finalında “Barselona”nın rəqibi “Betis”-“Valensiya” cütlüyünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb