banner
banner

İdman

Kriştian Ronalduda ciddi xəsarət aşkarlanmayıb

Kriştian Ronalduda ciddi xəsarət aşkarlanmayıb

Turinin "Yuventus" klubunun hücumçusu Kriştian Ronaldu İtaliya çempionatının 26-cı turunun matçında "Napoli"yə qarşı oyunda iştirak edə biləcək.

"Report" "Calciomercato"ya istinadən xəbər verir ki, futbolçu tibbi müayinəni keçib və ümumi qrupa qayıdıb.

Qeyd edilir ki, ötən turun oyununda, "Bolonya" ilə matç zamanı (1:0) hücumçunun ayağının baldırla pəncənin birləşdiyi hissəsində zədə şübhəsi olub. Lakin tibbi müayinə ilə oyunçunun zədələnmədiyi müəyyən edilib.

Hazırkı mövsümdə portuqaliyalı oyunçu "Yuventus"un 34 matçında iştirak edib. O, bu oyunlarda 21 qol vurub, 12 məhsuldar ötürmə edib.

Ronaldu A seriyasında 19 qol vurub. O, bombardir yarışının lideridir.

Daha əvvəl "Yuventus" klubunun hücumçusu bildirib ki, 2019-cu ildə Portuqaliya seçməsinin heyətində çıxış etmək üçün yığma komandaya qayıdacaq.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.