İtaliya A seriyasında XXVII tura yekun vurulub. ONA-nın məlumatına görə, turun son günündə bir qarşılaşma baş tutub.
“Roma” öz meydanında “Empoli”ni qəbul edib. Bu matç 8 ildən sonra “canavarlar”ın “sükanı arxası”na qayıdan Klaudio Ranyerinin paytaxt təmsilçisinin baş məşqçisi postunda ilk sınağı olub.
Üç qolun qeydə alındığı matçda bütün toplar ilk yarıda vurulub. Romalılar autsayderlər qrupunda yer alan rəqiblə ev görüşündən 2:1 hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, növbəti turun oyunları martın 15-17-də keçiriləcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.