banner
banner

İdman

Almeydadan 40-cı qol

Almeydadan 40-cı qol

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Azərbaycan çempionatında 40-cı qolunu vurub. 

Qol.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley Topaz Premyer Liqasının 21-ci turunun “Səbail”lə səfər matçına təsadüf edib. 77-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə komandasına 2:1 hesablı qələbə qazandıran braziliyalı “Qarabağ”da keçirdiyi 168-ci çempionat matçında “40”a çatıb.

2012/13 mövsümündən Ağdam klubunda çıxış edən Almeyda ilk çempionatında 13 dəfə fərqlənib. O, 2013/14 mövsümündə 6, 2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 9, 2016/17 və 2018/19 mövsümlərində 2, 2017/18 mövsümündə 5 qol vurub.

 

Qeyd edək ki, Riçard ilk qolunu 2012-ci il avqustun 19-da “Sumqayıt”la səfər oyununda (6:1) rəqib qapısından keçirib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.