banner
banner

İdman

Avropa Liqası sensasiyasız başlayıb

Avropa Liqası sensasiyasız başlayıb

Avropa Liqasında I təsnifat mərhələsinə start verilib.

APA-nın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

Bu görüşlərdə sensasiya qeydə alınmayıb. Gözlənildiyi kimi, “Reyncers” səfərdə, MOİK evdə asan qələbəyə qazanıb. Onlar darmadağın sayəsində demək olar ki, cütün taleyini ilk oyundaca həll ediblər.

Digər matçda qonaqlar - "Hayduk" iki top fərqilə qalib gəlib. Onların da cavab qarşılaşmasında üstünlüyü əldən verəcəkləri inandırıcı görünmür.

Qeyd edək ki, mərhələnin bir görüşü iyulun 10-da keçiriləcək. İlk oyunlar iyulun 11-dəki 43 matçla yekunlaşacaq. Azərbaycan təmsilçiləri “Səbail” və “Neftçi” də ilk qarşılaşmalarına çıxacaqlar. Cavab oyunları gələn həftə keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
“Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4
Cek, 50, Ojo, 56, Qoldson, 68, Morelos, 77
“Qzira” (Malta) - "Hayduk" (Xorvatiya) - 0:2
Qyukso, 44, Dolsek, 90 
MOİK (Bolqarıstan) - "Titoqrad" (Monteneqro) - 4:0
Evandro, 40, Rodriques, 53, Geferson, 55, Malinov, 72

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.