banner
banner

İdman

“Neftçi” “Speranta”nı darmadağın edib

“Neftçi” “Speranta”nı darmadağın edib

İyulun 18-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Neftçi” – “Speranta” oyunu başa çatıb.

Trend xəbər verir ki, “Bakcell Arena”da keçirilən “Neftçi”-“Speranta” cavab oyununda ilk qol on səkkizinci dəqiqədə vurulub. Paytaxt təmsilçisinin heyətində Vangelis Platellas qapıçının səhvindən sonra hesabı açıb – 1:0. Qarşılaşmanın 24-cü dəqiqəsində “Neftçi” komandası ikinci topu rəqibin qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Bu dəfə “Ağ-qaralar”ın heyətində Dario Frederikoya qarşı kobud oyuna görə təyin olunan 11 metrlik cərimə zərbəsini Emin Mahmudov dəqiq yerinə yetirib - 2:0.

Bundan dörd dəqiqə sonra qapıçımız Səlahət Ağayev rəqib futbolçunun zərbəsindən sonra topu küncə çıxarıb.

Oyunda daha bir qol 40-cı dəqiqədə vurulub. Vangelis Platellas özünün ikinci, komandasının üçüncü qoluna imza atıb. Bundan iki dəqiqə sonra Vangelis Platellasın gözəl ötürməsindən sonra Dario Frederiko uzaq küncü dəqiq nişan alaraq fərqlənib – 4:0. Birinci hissə elə bu hesabla bitib.

İkinci hissədə də “Neftçi” komandası yenidən hesabda fərqlənib. Görüşün 67-ci dəqiqəsində Stiven-Jozef Monroz komandasının beşinci qolunu vurub. Meydana 71-ci dəqiqədə daxil olan İsmayıl Zülfüqarlı cəmi 7 dəqiqə sonra fərqlənib. İ.Zülfüqarlı komanda yoldaşı Rəhman Hacıyevin ötürməsini dəqiq yerinə yetirərək görüşdə 6-cı qolu rəqibin qapısından keçirib. Beləliklə, “Neftçi” klubu doğma meydanda Moldovanın “Speranta” komandasını 6:0 hesabı ilə darmadağın edib.

 

Qeyd edək ki, Azərbaycanın Avropa Liqasındakı təmsilçisi rəqiblə səfərdə keçirilən ilk qarşılaşmadan sərfəli nəticə ilə qayıdıb. Kişineuda keçirilmiş ilk görüş Roberto Bordinin yetirmələrinin 3:0 hesablı üstünlüyü ilə başa çatıb.

“Ağ-qaralar” növbəti mərhələdə Avroliqanın debütantı Rusiyanın “Arsenal” (Tula) komandası ilə qarşılaşacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.