Azərbaycan Premyer Liqasının 7-ci turu “Səbail”in futbolçusu Ağabala Ramazanov üçün əlamətdar olub.
Qol.az xəbər verir ki, ilk dövrənin son turunun “Neftçi” ilə qarşılaşmasında (1:2) komandasının təsəlli qoluna imza atan hücumçu ikiqat yubiley qeyd edib.
Bu, Ağabalanın Premyer Liqada 25-ci qolu olub. İlk dəfə “Xəzər Lənkəran”da çıxış etdiyi vaxt 2013-cü il fevralın 11-də “İnter”lə (indiki “Keşlə”) ev oyununda (2:3) qol sevinci yaşayan Ağabala ölkə çempionatları tarixində 25 və daha çox qol vuran 114-cü futbolçu olub.
“Səbail”in Premyer Liqadakı ən yaxşı bombardiri indiki komandasında yubiley - 10-cu qoluna imza atıb. Ötən mövsüm 7 qol vuraraq karyerasının ən məhsuldar mövsümünü keçirən Ağabala cari çempionatda 3-cü dəfə fərqlənib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.