banner
banner

İdman

Maksim Medvedev: "Əsl azarkeş istənilən oyunda komandaya dəstək verməlidir"

Maksim Medvedev:

“Şansımız olmasa da oyuna ciddi hazırlaşırıq”.

Bu fikirləri "Qarabağ"ın kapitanı Maksim Medvedev Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda Lüksemburq "Düdelanj"ı ilə qarşılaşmadan öncə mətbuat konfransında deyib.

32 yaşlı müdafiəçi bildirib ki, matçın əhəmiyyəti böyük olmasa da, qələbə qazanmaq arzusundadılar: “Bəlkə də, oyunun əhəməmiyyəti böyük olmaya bilər. Çünki qrupdan çıxmaq baxımından heç bir rol oynamır. Ancaq biz hər matça olduğu kimi, sabahkı görüşə də qələbə istəyi ilə çıxacağıq”.

Medvedev görüşə azarkeş marağının az olacağını düşünür: “Bizim işimiz futbol oynamaqdır. Azarkeşlər üçün isə şou kimi olur. İstərdim ki, hər oyunda tribunalar dolu olsun. Bu bizə əlavə qüvvə verir. Bəzi azarkeşlər oyuna gəlməyəcək. Amma əsl azarkeşlər komandaya dəstək verməlidilər. Mən sevimli komandama belə azarkeşlik etsəydim, oyunlarına gedərdim”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.