banner
banner

İdman

"Dinamo"nun sabiq məşqçisi: "Şeydayevə görə baş məşqçi ilə mübahisəmiz düşdü"

"Dinamo"nun sabiq məşqçisi:

"Şeydayevi komandamıza azad agent kimi götürdük. Həmin vaxt başqa variantımız yox idi".

"Report"un məlumatına görə, bunu Rusiyanın "Dinamo" (Moskva) komandasının sabiq köməkçi-məşqçisi Yuri Nikoforov "Sport-Ekspress"ə müsahibəsində Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxışı barədə danışarkən deyib.

Əlli yaşlı mütəxəssis 24 yaşlı hücumçuya məşqçilər heyətinin lazımınca şans verdiyini bildirib: "Ramilin şikayətlənməsi günah olardı. İlk 3 turda meydana sabit çıxırdı. Çox çalışsa da, heç cür qol vura bilmədi. Fikrimcə, buna ustalığı çatmadı. Bəli, Rusiyanın gənclər yığmasında və "Zenit-2"də bombardirlər sırasında idi. Amma "Dinamo" başqa səviyyədir".

Nikiforov Şeydayevlə bağlı baş məşqçi Dmitri Xoxlovla mübahisəsinin düşdüyünü də açıqlayıb: "Bizim "Ural"la oyunumuzdan əvvəl hücuma Vyaçeslav Qrulyovu buraxmağı təklif etdim. Lakin Dmitri Valeryeviç "Mən hesab edirəm ki, Şeydayev oynamalıdır" cavabını verdi. Uzun müddət diskussiya etdik, hərə öz əsaslandırmasını etdi. Onu inandıra bilmədim. Belə məsələlərdə son söz hər zaman baş məşqçinin olur. Növbəti gün Xoxlova deyib: "Sən haqlısan". "Dinamo" 2:0 hesabı ilə qalib gəldi. Şeydayev isə nəhəng həcmdə "qara iş" gördü, ikinci qolu yaratdı. Topu cərimə meydançasınadək daşıdı və məhsuldar ötürmə verdi".

Qeyd edək ki, Ramil Şeydayev "Dinamo"da 2019/2020 mövsümünün ilk yarısında çıxış edib. Rusiya Futbol İttifaqının Mübahisələrin Həlli Palatası Ramil Şeydayevlə müqaviləyə xitam verildiyi vaxt qayda pozuntuları olduğu üçün "Dinamo"ya cəza verib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.