banner
banner

İdman

Pike Messi - Abidal münaqişəsi barədə: "Çirkli qabları ortaya çıxarmağın vaxtı deyil"

Pike Messi - Abidal münaqişəsi barədə:

"Barselona"nın futbolçusu Jerar Pike İspaniya Kubokunun 1/4 final mərhələsində "Atletik"ə 0:1 hesabı ilə uduzduqları oyundan sonra komandanın kapitanı Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasındakı münaqişəyə münasibətini açıqlayıb.

"Report"un "Marca" nəşrinə istinadən verdiyi məlumata görə, İspaniya millisinin üzvü hər iki şəxsin öz məsuliyyətini dərk etdiyini söyləyib.

"İndi hər klubdakı çirkli qabları ortaya çıxarmağın vaxtı deyil. Deyə bilərəm ki, oyunumuzdan və sınaqlara reaksiya verməyimizdən məmnunuq. Müsbət emosiyalarımız oldu. Messi və Abidal arasında münaqişəyə gəldikdə, düşünürəm ki, onların hər ikisi nəyi düz, nəyi səhv etdiklərini yaxşı bilir. Biz işləməli, mövsümün sonunda hər şeyi bir-birimizin üzünə vurmamalıyıq. Çünki bunun heç kimə faydası olmayacaq. Oyunumuza diqqət yetirməli və qələbə qazanmalıyıq", - deyə o bildirib.

Qeyd edək ki, Erik Abidal Ernesto Valverdenin istefaya göndərilməsi haqda danışarkən futbolçuların sabiq baş məşqçinin rəhbərliyi altında oyunlar zamanı bütün güclərini ortaya qoymadıqlarıını iddia edib. Messi isə klub rəsmisindən həmin oyunçuların adlarını çəkməsini istəyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.