banner
banner

İdman

"Elə biirdim, evlənəcəyik" - Saşa Rayt Emerini ittiham etdi

"Elə biirdim, evlənəcəyik" -

“Arsenal”ın sabiq baş məşqçisi Unai Emerinin keçmiş sevgilisi Saşa Rayt “The Sun” nəşrinə müsahibəsində şəxsi söhbətlərini açıqlayıb.

Qol.az xəbər verir ki, Rayt deyib ki, Emeri London klubundan qovulmasına görə onu günahlandırıb:

“Biz ayrıldığımız gündən “Arsenal” uduzmağa başladı. O deyirdi ki, mən ağ caduyam, ona çox uğursuzluq gətirmişəm. Unai deyirdi ki, biz ayrıldıqdan sonra çox həyəcanlanırdı və normal düşünə bilmirdi. O, hətta “Arsenal”dan qovulmağına görə məni günahlandırdı”.

Rayt Emerinin bir kişi kimi keyfiyyətləri barədə də danışıb: “Mən hesab edirdim ki, o, əsl centlmen, ailəcanlı biridir. Sonda başa düşdüm ki, bu adam ciddi münasibətlərə hazır deyil. Mən Unaiyə güvənirdim, hesab edirdim ki, evlənəcəyik, uşaqlarımız olacaq. O, həmişə futbola baxır və nəticələri yoxlayırdı. Bu, məni əsəbiləşdirsə də, onun işini qəbul edirdim. Ötən ilin sentyabrında isə bildirdim ki, daha bəsdir və beləcə, münasibətlərimizə son qoyduq”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.