banner
banner

İdman

Şotlandiyada çempion elan edildi

Şotlandiyada çempion elan edildi

Şotlandiyanın səviyyəcə ikinci futbol çempionatı olan Çempionşipdə qalib müəyyənləşib.

"Report" Şotlandiya Peşəkar Futbol Liqasının (SPFL) rəsmi saytına istinadən xəbər verir ki, liqada mövsüm vaxtından əvvəl başa çatıb. Yarışın qalibi "Dandi Yunayted" elan olunub və bu klub əsas çempionata - Premyer Liqaya vəsiqə qazanıb.

Şotlandiyada Liqa 1 və Liqa 2-nin çempionları isə müvafiq olaraq "Reyt Rovers" və "Koub Reyncers"dir.

Qeyd edək ki, Şotlandiya Premyer Liqasında mövsümlə bağlı qərar hələ verilməyib. Çempionat iyunun 10-dək uzadılıb. Çempionşip 36 turdan ibarətdir. Əsas rəqibindən bir oyun çox keçirən "Dandi Yunayted" 28 matçdan sonra 59 xal toplayıb. 27 oyun keçirən "İnverness" isə 45 xalla ikinci olub.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.